AZƏRBAYCAN ALİMLƏRİ KİMYA ELMİ ÜZRƏ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ DAXİL EDİLMİŞLƏR Elm 4 Kasım Natural Sciences Publishing (USA) şirkəti tərəfindən dəstəklənən beynəlxalq jurnal ISSN 1935-. (print) , ISSN 2325-. (online) 2007-ci ildə təsis edilmişdir (baş redaktor prof. El-Refaye Kenavi, Tanta universiteti, Misir). AMEA Neft-Kimya Prosesləri İnstitutunun “İctimaiyyətlə əlaqələr” şöbəsinin müdiri Zaur Ağamalıyev ZiM.az-a bildirmişdir ki, 2016-cı ildən Kimya və kimya texnologiya sahəsində çalışan mütəxəsislər tərəfindən yüksək dəyərləndirilən bu elm jurnalının redaksiya heyətinə Azərbaycan alimləri: kimya elmləri doktoru, prof., akademik Vaqif M. Abbasov və texnika elmləri doktoru, professor Leylufər İ. Əliyeva daxil edilmişlər.Jurnalın dövriyyəsi ildə 3 saydır. Jurnalda kimya elminin bütün sahələrini əhatə edən bölmələr vardır və bu istiqamətdə olan elmi-tədqiqatların nəticələri müasir səviyyədə çap olunur.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.