Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub Elm, Ədəbi əlaqələr, Tiflis 5 Kasım Gürcüstan Yazıçıları Milli Akademiyasının orqanı olan “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetinin 4 noyabr 2016-ci il tarixli sayında ədəbiyyata şeirlə gələn, bir alim kimi böyük şöhrət qazanan, Azərbaycan Aşıqlar Birliyinin sədri, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının (Orxan Paşanın) yaradıcılığına bir səhifə ayrılmışdır.Burada onun müxtəlif illərdə yazdığı bir neçə şeiri verilmişdir. Şeirləri gürcü dilinə Mirzə Məmmədoğlu və tanınmış gürcü şairi mərhum Avto Çxaidze tərcümə etmişlər. Belə ki, bir neçə il bundan əvvəl Azərbaycanın sevimli şairi Məmməd Arazın gürcü dilində nəşr olunan şeirlərin bir hissəsinin tərcüməsi də Avto Çxaidzeyə məxsusdur. Onu da qeyd etmək lazımdır ki, Məhərrəm Qasımlının (Orxan Paşanın) “Yağmur qoxusu” şeirlər kitabı işıq üzü görmüş, gürcü oxuciları tərəfindən rəğbətlə qarşılanmışdır. Kitabdakı bu şeirləri Mirzə Məmmədoğlu və mərhum Avto Çxaidze tərcümə etmişdir.Biz də çox hörmətli Məhərrəm müəllimi təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI.აზერბაიჯანული პოეტის ორხან ფაშას ლექსები გაზეთ "ლიტერატურულ საქართველოში" ქართულად დაიბეჭდა.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.