AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib Elm, Humanitar elmlər 21 Kasım 2016-cı il Noyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib. İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Teymur Kərimli gündəlikdə duran məsələlər haqqında məlumat verib. İlk olaraq bölmənin elmi müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə müvafiq struktur qurumların yaradılması məsələsi müzakirə olunub.Akademik Teymur Kərimli elmin informasiya təminatının gücləndirilməsinin Azərbaycan elminin beynəlxalq elm məkanına uğurlu inteqrasiyasının təşkilində vacib rol oynayan amillərdən biri olduğunu bildirib.Bölmə rəhbəri AMEA-da ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, elmi informasiya təminatının gücləndirilməsi istiqamətində işlərin yeni keyfiyyətdə davam etdirilməsi üçün Akademiyanın institut və təşkilatlarında ictimaiyyətlə əlaqələr üzrə müvafiq struktur qurumların yaradılması zərurətinin meydana çıxdığını vurğulayıb. Akademik bu səbəbdən AMEA Rəyasət Heyətinin 29 iyun 2016-cı il tarixli qərarına əsasən, Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində İctimaiyyətlə əlaqələr şöbələrinin yaradıldığını qeyd edib. Gündəlikdə yer alan növbəti məsələ Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorant və dissertantlarının "Ümumi tarix" fənnindən fərq imtahanı verməsi məqsədilə hazırlanmış fənn proqramı və test sualları bankı haqqında olub. Məsələ geniş müzakirə olunub, müvafiq qərar qəbul edilib. Sonda digər elmi-təşkilati məsələlər, struktur dəyişiklikləri ətrafında geniş fikir mübadiləsi aparılıb, bir sıra rəy və təkliflər səsləndirilib. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.