AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblər

AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblərAMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblər AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblər AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblər AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblər AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblər AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblər AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblər AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblər AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblər AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblər AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblər 2017-ci il Mayın 2-də
AMEA Rəyasət Heyətində
AMEA-nın Ümumi yığıncağı keçirilib.


Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru Fatma Abdullazadə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik
Kamal Abdullayev, AMEA-nın həqiqi və müxbir üzvləri
iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə öncə gündəlikdə duran məsələlər barədə məlumat verib. Qeyd edib ki, tədbir çərçivəsində AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezident və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək.

A.Əlizadə bildirib ki, AMEA-nın həqiqi üzvləri Akademiyanın Nizamnaməsinin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdrən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər.

AMEA-nın müxbir üzvləri isə Akademiyanın Nizamnaməsinin 5.3-cü bəndinə əsasən elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

Sonra alim bugünkü seçkilərdə AMEA-nın 54 həqiqi üzvündən hər birinin və 95 müxbir üzvündən 94-nün iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 2016-cı ildə AMEA-nın həqiqi və müxbir üzvlüyünə vakant yerlər elan edilmişdir. Həqiqi üzvlük üçün 29 namizəd, müxbir üzvlük üçün isə 143 namizəd sənədlərini təqdim etmişdir. Bütövlükdə AMEA-nın elmi müəssisə və təşkilatlarından olan namizədlərin sayı 91, universitet ve digər müəssisələrdən olan namizədlərin sayı isə 81-dir.

A.Əlizadə AMEA-nın vitse-prezidenti və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə də seçkilərin keçiriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, hazırda AMEA-nın vitse-prezidenti vəzifəsini akademik Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsini isə AMEA-nın müxbir üzvü Nazim Məmmədov icra edirlər.

AMEA rəhbəri seçki qaydaları haqqında da məlumat verərək bildirib ki, seçkilər hüquqi və texniki baxımdan müasir tələblərə uyğun, obyektiv və şəffaf şəkildə aparılacaq.

Sonra akademiyanın bölmələri üzrə təşkil olunmuş məntəqələrdə səsvermə aparılıb.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev elmi bölmələr üzrə aparılmış səsvermənin nəticələrini açıqlayıb.

Daha sonra akademik Xoşbəxt Yusifzadənin sədrliyi ilə Hesablayıcı Seçki Komissiyası yaradılıb.
Səsvermə nəticəsində akademiyaya 16 həqiqi və
25 müxbir üzv seçilib.




AMEA-nın YENİ SEÇİLMİŞ həqiqi və müxbir üzvlərinin
SİYAHISI:


AMEA-nın həqiqi üzvləri


1. Məmmədov Yusif Əbülfət oğlu - Riyaziyyat

2. Məmmədov Nazim Timur oğlu - Fizika

3. Nəhmədov Ənvər Pirverdi oğlu - Fizika

4. Məcidov Əjdər Əkbər oğlu - Kimyəvi kinetika və kataliz

5. Feyzullayev Əkpər Əkpər oğlu - Neft-qaz geologiyası

6. Qurbanov Fazil Səməd oğlu - Tibb

7. Əli-zadə Validə Mövsüm qızı - Botanika

8. Paşayeva Nərgiz Arif qızı - Ədəbiyyatşünaslıq

9. İmanov Muxtar Kazım oğlu - Ədəbiyyatşünaslıq

10. Cəfərov Nizami Qulu oğlu - Dilçilik

11. Nağısoylu Möhsün Zellabdin oğlu - Dilçilik

12. Səfərova Zemfira Yusif qızı - Sənətşünaslıq

13. Axundova Nərgiz Çingiz qızı - Tarix

14. Mahmudov Yaqub Mikayıl oğlu - Tarix

15. Mustafayev Şahin Məcid oğlu - Tarix

16. Baxşəliyeva Gövhər Baxşəli qızı - Şərqşünaslıq



AMEA-nın müxbir üzvləri

1. Mərdanov Misir Cumayıl oğlu - Riyaziyyat

2. Mehdiyeva Səlimə İbrahim qızı - Fizika

3. Sadıqov Əminağa Bəhmən oğlu - Kompüter elmləri

4. İbrahimov Vaqif Rza oğlu - Kompüter elmləri

5. Alıquliyev Ramiz Məhəmməd oğlu - İnformatika

6. Məmmədova Məsumə Hüseyn qızı - İnformatika

7. İsmayılov İsmayıl Mahmud oğlu - İnformatika

8. Səmədov Oqtay Əbil oğlu - Radiasiya materialşünaslığı

9. Qasımov Oqtay Kazım oğlu - Biofizika

10. Zeynalov Eldar Bahadur oğlu - Kimyəvi kinetika və kataliz

11. Əliyev Tofiq Abbasəli oğlu - Kimya (AMEA-nın Naxçıvan Bölməsi)

12. Hüseynov Dadaş Ağa-Cavad oğlu - Neft-qaz geologiyası

13. Qasımov Elmar Mustafa oğlu - Tibb

14. Musayev Əlişir Veys oğlu - Tibb

15. Mamedov Arif Mamedoviç - Fiziologiya

16. Quliyev Əlövsət Gülüş oğlu - Aqrar elmlər

17. Novruzov Vaqif Seyfəddin oğlu - Botanika (AMEA-nın Gəncə Bölməsi)

18. Araslı Nüşabə Həmid qızı - Ədəbiyyatşünaslıq

19. Mustafayev Tehran Əlişan oğlu - Ədəbiyyatşünaslıq

20. Əliyev Kamran İmran oğlu - Folklorşünaslıq

21. Əlizadə Firəngiz Əliağa qızı - Sənətşünaslıq

22. Qasımlı Musa Cəfər oğlu - Tarix

23. İmanov Qorxmaz Cahangir oğlu - İqtisadiyyat

24. Bünyadzadə Könül Yusif qızı - Fəlsəfə

25. Həsənli Oruc Qafar oğlu - Psixologiya (AMEA-nın Naxçıvan Bölməsi)


AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblər AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblər AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb, AMEA-nın vitse-prezidenti, Bölmələrin akademik-katibləri seçiliblər
Mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentiAMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.

Səsvermənin nəticələrinə görə akademik
Dilqəm Tağıyev AMEA-nın vitse-prezidenti,
akademik Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi,
akademik Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi
vəzifələrinə seçiliblər.


AMEA-nın YENİ SEÇİLMİŞ həqiqi və müxbir üzvlərini, eləcə də AMEA-nın vitse-prezidenti və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçilmiş görkəmli alimlərimizi ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: