AZƏRBAYCAN GƏNC ALİMLƏRİNİN I QURULTAYI KEÇİRİLƏCƏK

AZƏRBAYCAN GƏNC ALİMLƏRİNİN I QURULTAYI KEÇİRİLƏCƏK AZƏRBAYCAN GƏNC ALİMLƏRİNİN I QURULTAYI KEÇİRİLƏCƏK 2017-ci il Oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi barədə müzakirələr aparılıb.

AMEA Rəyasət Heyətinin aparatından ZiM.Az-a bildiriblər ki, tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev ilk olaraq ölkədəki gənclər siyasətindən danışıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini dövlət gənclər siyasəti təşkil edir. Gənc­lərin fiziki və mənəvi sağlamlığının təmin olunması, intellektual inkişafı üçün la­zı­mi şəraitin yaradılması, onların fəaliyyətlərinin milli maraqlara yönəlməsi dövlət siyasətinin əsas amillərindəndir”. Bu siyasətin davamı olaraq AMEA-da intellektual gəncliyin hər­tərəfli in­kişafı üçün görülən işlərdən söz açan akademik Rasim Əliquliyev hazırda Akademiyada gənc alimlərin xarici ölkələrin elmi mərkəzlərində təhsil almaları, onların yük­səkixtisaslı kadr kimi yetişməsi, sosial problemlərinin aradan qaldırılması yönündə kompleks tədbirlərin həyata keçirildiyini bildirib.

Rəyasət Heyətinin iclasında qeyd olunan məsələlərin ic­ra­sını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə bu il dekabrın 15-də Azərbaycan Gənc Alim­lərinin I Qurul­tayının keçirilməsi qərara alınıb.

İclasda qurul­tayın təşkil edilməsi üzrə məsul şəxs və İşçi qrupunun müəyyənləşdirilməsi, AMEA Gənc Alim və Mütəxəssislər Şurası, həmçinin elmi-tədqiqat müəssisələrinin müvafiq təşkilatlarının iclaslarında müzakirə əsasında formalaşan rəy və təkliflərin Təşki­lat ko­mi­təsinə təqdim edilməsi ilə bağlı qərar qəbul olunub.

Aytac MƏDƏDLİ,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: