TƏBRİK EDİRİK, VALİDƏ XANIM ƏLİZADƏ!.. Elm, Biologiya və tibb elmləri, Təbriklər 6 Kasım Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətiləAzərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında 03 noyabr 2015-ci il tarixli Sərəncamı iləAMEA-nın müxbir üzvü, Botanika İnstitutunun direktoru biologiya elmləri doktoru, professor Validə Mövsüm qızı ƏlizadəAzərbaycan elminin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.Əziz və hörmətli Validə xanımı belə bir yüksək ordenə layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...Müşfiq BORÇALI,ZiM.Az Əlizadə Validə Mövsüm qızı 31.01.1946-cı ildə Bakı şəhərində doğulub.Azərbaycan Dövlət Universitetini bitirib.Bitki fiziologiyası ixtisası üzrə "Günəbaxanın kök sisteminin şirə ifrazı zamanı keçid prosesləri" mövzusunda Namizədlik (PhD), "Bitki köklərində kalium nəqlinin hərəkətverici qüvvəsinin ion və hormonal tənzimi" mövzusunda Doktorluq dissertasiyası müdafiə edib, elmlər doktoru elmi adına və professor emi rütbəsinə layiq görülüb.2014-cü illdə AMEA-nın Müxbir üzvü seçilib.Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 184, xaricdə çıxmış elmi əsərlərinin sayı 112, Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı isə 2-dir.4 fəlsəfə doktoru, 1 elmlər doktoru hazırlayıb.Əsas elmi nailiyyətləri : Bitki hüceyrələrində elektrogen fəallığının tənzimlənməsində kinetin və kalsiumun rolu müəyyənləşdirilmişdir. Bitkilərin alüminiuma və bir sıra ağır metallara davamlığının hüceyrə və molekulyar mexanizmləri tədqiq edilmiş, yerli floranın bəzi bitki növlərinin ətraf mühit çirklənməsinin bioindikasiyası və remediasiyasında rolu aydınlaşdırılmışdır. Yerli və Qafqaz florasının endem və nadir növlərinin biomüxtəlifliklərinin öyrənilməsi, mübahisəli növlərin analizi, onların statuslarının müasir IUCN kateqoriya və kriterilərə uyğun qiymətləndirilməsi və onların saxlanılma yollarının araşdırılması həyata keçirilmişdir. Tədqiqatlar beynəlxalq qrantlar çərçivəsində yerinə yetirilmişdir.Bir sıra Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumların, o cümlədən: 1. Rusiya Bitki Fizioloqları Cəmiyyətinin, 2. Azərbaycan Bitki Fizioloqları Cəmiyyətinin, 3. Azərbaycan Biofiziklər Cəmiyyətinin, 4. Avropa Bitki Bioloqları Cəmiyyətləri Federasiyasının, 5. YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin, 6. AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Büro üzvüdür.AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.