Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşübAkademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşübAkademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşübAkademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb 2019-cu il Fevralın 4-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın elmi müəssisə və təşkilatlarının gənc alimləri, doktorant və magistrantları ilə görüşüb.

Mərkəzi Elmi Kitabxanada
baş tutan görüşdə,
həmçinin Rəyasət Heyəti
aparatının Elm və təhsil
baş idarəsinin rəisi,
AMEA-nın müxbir üzvü
Əminağa Sadıqov,
Beynəlxalq əlaqələr
idarəsinin rəisi,
biologiya üzrə fəlsəfə
doktoru Esmira Əlirzayeva,
Gənc Alim və Mütəxəssislər
Şurasının (GAMŞ) sədri,
fizika üzrə fəlsəfə doktoru,
dosent Famin Salmanov və
Genetik Ehtiyatlar
İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü
Zeynal Əkpərov və
başqaları iştirak ediblər.


Tədbirdə akademik
Akif Əlizadə
AMEA-da
gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, magistrantların və doktorantların elmi fəaliyyətlərinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Qeyd edib ki, bu istiqamətdə Rəyasət Heyəti tərəfindən bir sıra qərarlar qəbul olunub, sərəncamlar imzalanıb, onların həvəsləndirilməsi üçün müsabiqələr keçirilib.
Akademik islahatların öz bəhrəsini verdiyini, artıq gənc alimlərin AMEA-nın elmi-ictimai fəaliyyətində aktiv iştirak etdiyini və mühüm elmi nəticələr göstərdiklərini söyləyib.

Akademiyada elm və təhsilin inteqrasiyası istiqamətində də mühüm islahatların həyata keçirildiyini deyən akademik A.Əlizadə bildirib ki, bununla əlaqədar olaraq AMEA-da magistratura təhsili yaradılıb, "SABAH" qruplarının tələbələri AMEA-nın elmi müəssisələrində təcrübə işlərinə cəlb olunublar.
AMEA prezidenti elmlə təhsilin inteqrasiyası çərçivəsində GAMŞ-la respublikanın ali təhsil müəssisələri arasında əlaqələrin qurulmasının və elmi yeniliklərə dair fikir mübadiləsinin aparılmasının önəminə də toxunub.

Bu gün dünyada elmin
sürətlə inkişaf etdiyini deyən
akademik A.Əlizadə AMEA-da növbəti illərdə müasir dövrün tələblərinə cavab verən "Proqram mühəndisliyi", "İnformasiya təhlükəsizliyi", "Kvant texnologiyası", "Rəqəmsal iqtisadiyyat", "Geo-informatika", "Riazi-kimya", "Etno-botanika" və digər ixtisasların tədris olunacağını söyləyib.

O, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması işlərinin bundan sonra da davam etdiriləcəyini deyib, gənclərin yeni texnologiyalardan istifadə etməsinin və xarici dilləri öyrənməsinin zəruriliyini vurğulayıb.

AMEA prezidenti
daha sonra gənclərin suallarını cavablandırıb.

Görüşdə, həmçinin Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva, 2019-cu il elm sahəsi üzrə Gənclər üçün Prezident Mükafatına layiq görülən Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov, Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Gəncləri Günü münasibətilə təltif olunan İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) elmi işçisi Günay İsgəndərli Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) elmi işçisi Səmra Mirzəyeva və b. çıxış edərək AMEA-da gənc alimlərin elmi-ictimai fəaliyyət göstərmələri üçün yüksək şəraitin yaradıldığını bildirib, tədqiqatlarını bundan sonra da davam etdirəcəklərini söyləyiblər.

Sonra elmi fəaliyyətdə fərqləndiklərinə görə, bir qrup gənc alim - Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov,
İTİ-nin elmi işçisi Günay İsgəndərli, Radiasiya Problemləri İnstitutunun doktorantı Hacı Vahid Axundzadə, Neft-Kimya Problemləri İnstitutunun böyük elmi işçisi Səbinə Heydərova, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük laborantı, kimya üzrə fəlsəfə doktoru Sara Cəbiyeva, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ-nin)
kiçik elmi işçiləri -
Səidə Zülfüqarova,
Elnarə Sadıqova,
Coğrafiya İnstitutunun
kiçik elmi işçisi
Turanə Hüseynova,
Respublika Seysmoloji Xidmət Mərkəzinin kiçik elmi işçisi Nərminə İsmayılova və Zoologiya İnstitutunun
kiçik elmi işçisi
Nərmin Beydizadə
AMEA-nın Fəxri fərmanı
ilə təltif olunublar.

P.S.:
Sevindirici haldır ki,
təltif olunanların
iki nəfəri məhz bizim
Molekulyar Biologiya
və Biotexnologiyalar
İnstitutu
nun (MBBİ-nin)
əməkaşlarıdırlar.

Həmkarlarımıızı, eləcə də
təltif olunanların hamısını
ürəkdən təbrik edir və
onlara yeni-yeni uğurlar arzulayırıq!..


Aysel MƏDƏDLİ,
MBBİ-nin kiçik elmi işçi

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: