“AZƏRBAYCAN UZUNÖMÜRLÜLƏRİNDƏ GECƏ YUXUSUNUN STRUKTUR XÜSUSİYYƏTLƏRİ” BEYNƏLXALQ TƏHSİL SALONUNDA MÜZAKİRƏ EDİLİB Elm » Biologiya və tibb elmləri 28 Mayıs 2014-2016-cı illərdə AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunda həyata keçirilən «Uzunömürlüyün fizioloji və molekulyar genetik əsaslarının işlənməsi» tədqiqat proqramının nəticələri bir sıra elmi nəşrlərdə dərc edilib. İnstitutun direktoru, biologiya üzrə elmlər doktoru U.F.Həşimovanın, tibb üzrə elmlər doktoru Ə.R. Allahverdiyevin və tibb üzrə fəlsəfə doktoru A.A. Allahverdiyevanın müəllifləri olduğu "Azərbaycanın cənub zonası uzunömürlülərində gecə yuxusunun struktur xüsusiyyətləri" məqalə “Tətbiqi və fundamental tədqiqatlar üzrə beynəlxalq jurnal”da dərc olunub və mütəxəssislər arasında böyük marağa səbəb olub. Yüksək aktuallığı nəzərə alınaraq, məqalə Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyəti tərəfindən seçilmiş və cari ilin Moskva şəhərində keçirilən Beynəlxalq Təhsil Salonunda təqdimat və müzakirə edilmişdir. Elmi tədqiqat işində Azərbaycanın Lənkəran rayonunda yaşayan uzunömürlü və ahıl yaşlı sakinlərdə gecə yuxusunun strukturu öyrənilib. Qeyd edək ki, tədbir Rusiya Hökumətinin sərəncamı ilə Təhsil və Elm Nazirliyi tərəfindən keçirilib. Ülviyyə İsrafilovaİnstitutun İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.