AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam İnkişaf Bankının təqaüdünə layiq görülüb Elm » Biologiya və tibb elmləri 4 Eylül AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Gülmirə Əlibəyova İslam İnkişaf Bankının 2021-2022-ci akademik il üçün elan etdiyi Doktorantura və Postdok tədqiqat proqramı müsabiqəsinin qalibi olaraq təqaüdə layiq görülüb. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Nərmin Seyidzadə ZiM.Az-a bildirib ki, Gülmirə Əlibəyova - 2017-2019 illərdə institutun “Molekulyar biologiya” ixtisası üzrə magistrantı olmuş və təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2020-ci ildə eyniadlı ixtisas üzrə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dissertanturasına daxil olmuşdur. Gənc tədqiqatçı hazırda “Ürək-damar və tənəffüs sistemlərinin patogenezində angiotenzin çevirən ferment geninin polimorfizminin tədqiqi” mövzusunda elmi tədqiqatlar aparır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.