Botanika İnstitutunda 8 Noyabr – Zəfər Günü qeyd olunub

Botanika İnstitutunda 8 Noyabr – Zəfər Günü qeyd olunub AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva qeyd edib ki, 2020-ci il 8 noyabr tarixində “Qarabağ Azərbaycandır!” şüarı altında şəhidlik zirvəsinə ucalmağı özünə qürur bilən vətənimizin mərd, rəşadətli övladlarından ibarət güclü, mütəşəkkil Milli Ordumuzun səyi ilə mənfur düşmən susduruldu. 27 ildən artıq müddət ərzində işğal altında qalan torpaqlarımız uğrunda gedən siyasi mübarizə 44 gün ərzində hərb yolu ilə sona çatdırıldı və biz Qələbəyə nail ola bildik. Azərbaycanın nüfuzu anbaan artdı və onun nəyə qadir olduğu bütün dünyaya bəyan edildi. Heç kimə sirr deyil ki, sarsılmaz və müzəffər Azərbaycan Ordusunun bu çətin, eyni zamanda şanlı vətən savaşında qələbəsi Ali Baş Komandan olaraq, məhz İlham Əliyevin məqsədyönlü, uzaqgörən siyasəti, dərin zəkası sayəsində bərqərar oldu və Qarabağ uğrunda gedən döyüşlər yeni müharibə taktikası kimi dünya hərb tarixinə yazıldı. Azərbaycanın azadlığını, şərəf və ləyaqətini ucaltmış şəhidlərimizə allahdan qəni-qəni rəhmət diləyirik. Biz məhz bu qəhrəmanlarımızın sayəsində “Qarabağ Azərbaycandır” deyə bilirik.

Botanika İnstitutunda 8 Noyabr – Zəfər Günü qeyd olunub Botanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Məhsəti Qurbanova ZiM.Az-a bildirib ki, institutun əməkdaşlarından Azad Həmkarlar təşkilatının sədri, b.ü.f.d. Şəkər Muxtarova, b.e.d. Dilzarə Ağayeva, b.e.d. Lətafət Müstafayeva, b.ü.f.d. Pəravə Qaraxani, b.ü.f.d. Ələddin Qədimov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aydan Zeynalova və elmi işçi Şəhla Mirzəyeva Qələbəmizi səciyyələndirən amillər barədə fikirlərini bölüşüb, işğal dövründə tarixi abidələrimizə, şəhər və kəndlərimizə qarşı erməni vandalları tərəfindən törədilən vəhşiliyi diqqətə çatdırıblar. Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən bəhs ediblər.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: