Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Elm » Biologiya və tibb elmləri 26 Şubat 617 100 1 2 3 4 5 AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Xocalı faciəsinin 31-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.İnstitutun baş direktoru b.e.d., professor Səyyarə İbadullayeva tədbiri açaraq Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə danışıb. Qeyd edib ki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Son iki yüz ildən artıq dövrdə ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi, nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı faciəsinin baş verməsinə gətirib çıxarıb. Xocalı soyqırımının hər bir azərbaycanlı üçün unudulmaz səhifə olduğunu qeyd edən alim bu faciə haqqında dünya ictimaiyyətinin davamlı məlumatlandırılmasının vacibliyini vurğulayıb.İnstitutun icraçı direktoru, b.e.d. Şakir Qasımov bildirib ki, Azərbaycan xalqı zaman-zaman bədnam qonşularımız tərəfindən təcavüzə məruz qalıb, əzəli dədə-baba torpaqlarından didərgin salınıb, deportasiya edilib, qanlı faciələrin qurbanı olub: “Ermənilərin tarixi düşmənçilik siyasəti özünün son həddini Xocalıda törədilən soyqırımı ilə dünyaya nümayiş etdirib. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, əlil olmuş, əsir düşmüşdür. Ermənilər Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir”. Alim vurğulayıb ki, 31 il ötməsinə baxmayaraq, Xocalı faciəsinin ağrı və acısı hələ də qəlbimizdə yaşayır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin, o cümlədən institutun əməkdaşlarının vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən missiyanı layiqincə yerinə yetirməliyik.Tədbirdə institut əməkdaşları b.ü.e.d. Sadıq Qarayev, b.ü.f.d. Pərvanə Qaraxani, b.ü.f.d Rəşad Səlimov, b.ü.f.d. Aygün Məmmədov və gənc əməkdaş Mişel Quliyeva çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu bildirib, faciə günahkarlarının dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.Tədbirdə soyqırımı əks etdirən videoçarx da nümayiş etdirilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.