Coğrafiya İnstitutunun şöbə müdiri Tiflisdə olmuşdur Digər bölmələr, Tiflis 13 Temmuz AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Yelena Tağıyeva Tiflis şəhərində 3 günlük ezamiyyətdə olmuşdur.O, iyunun 28-dən iyulun 1-dək Gürcüstan paytaxtında baş tutan ECP-nin (Qafqaz Təbiətinin Müdafiəsi) Qafqaz Mərkəzinin Canlı Təbiətin Beynəlxalq Fondunun (WWF) ilk işçi iclasında iştirak etmişdir. Ekspertlərin Qafqaz Təbiətinin Müdafiəsi Ekoregional Planına yenidən baxılması üzrə regional seminarında, İran istisna olmaqla, bütün ölkələr iştirak etmişlər. Azərbaycan tərəfini, başda Respublika WWF-in direktoru E.Əsgərov olmaqla, uyğun təşkilatların, AMEA-nın müxtəlif institutlarının nümayəndələri, eləcə də, Coğrafiya İnstitutunun şöbə müdiri Y.Tağıyeva da daxil olmaqla, təmsil etmişdir. Qafqaz regionu ölkələri (Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan) donor təşkilatlarının dəstəyi ilə biomüxtəlifliyə təhlükə yaradan amillərin minimallaşdırılması üzrə böyük işlər aparır. Qafqaz Təbiətinin Müdafiəsi (ESP) Ekoregional Planı riskin azaldılması üçün uzunmüddətli regional strategiyaların yaradılmasını və onların koordinasiyasını qarşısına məqsəd qoymuşdur.Tədbirdə Planın bütün komponentləri təhlil edilmişdir: 2012-ci il Planının icrası üzrə vəziyyət qiymətləndirilmiş, struktur və mövzularına yenidən baxılmış, bunun üçün konkret tədbirlər və onların həyata keçirilməsi istiqamətində tövsiyələr işlənib hazırlanmışdır.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.