AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib

AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilibAMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib Azərbaycan elminə ağır itki üz vermişdir...

Tanınmış alim və pedaqoq, “Şöhrət” ordenli, akademik Maqsud Əliyev 92 yaşında dünyasını dəyişmişdir.

2016-cı il dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli alimlə vida mərasimi keçirilib.


AMEA-dan ZiM.-Az-a bildiriblər ki, Mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nazim Məmmədov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, akademik Bahadur Tağıyev, AMEA-nın müxbir üzvü Yusif Məmmədov tanınmış alim, pedaqoq və ictimai xadim Maqsud Əliyevin fizika elminə verdiyi töhfələrdən söhbət açıblar, onun yüksək mənəvi keyfiyyətlərindən danışıblar.

Qeyd olunub ki, Böyük Vətən müharibəsi iştirakçısı olmuş Maqsud Əliyev 1950-ci illərdən fizika elmi üzrə ciddi tədqiqatlara başlamış, bu sahədə uğurlu nəticələrə nail olmuşdur.

1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir.

Yarımkeçiricilər fizikasında öz məktəbini yaradan Maqsud Əliyev qazandığı nailiyyətlərə görə “Əməkdar elm xadimi” fəxri adına, Yusif Məmmədəliyev adına mükafata, həmçinin “Şöhrət” ordeninə layiq görülmüşdür.

Bildirilib ki, M.Əliyev 400-dən çox elmi əsərin, 30 şəhadətnamə və patentin müəllifi, bir çox elmi şura və komissiyaların üzvü olaraq ölkədə intellektual və etik mədəniyyətin inkişafına dəyərli töhfələr vermişdir.

Sonra mərhumun ailəsi adından çıxış edən Xanlar Həsənov alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirib.

Daha sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.

Fizik alim ikinci Fəxri xiyabanda dəfn edilib.


Allah rəhmət eləsin!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: