Tanınmış kimyaçı-alim, professor Eldar Zeynalov AMEA-nın müxbir üzvü seçilib

Tanınmış kimyaçı-alim, professor Eldar Zeynalov  AMEA-nın müxbir üzvü seçilib TƏBRİK EDİRİK!..

Azərbaycan Milli Elmlər Akademiyasının
2 may 2017-ci il tarixli ümumi yığıncağında
AMEA-nın Akademik Murtuza Nağıyev adına
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun
Nanokarbon katalizatorları iştirakında
hidrogen peroksidlə oksidləşmə laboratoriyasının rəhbəri
tanınmış kimyaçı-alim, kimya elmləri doktoru,
professor Eldar Bahadur oğlu Zeynalov
AMEA-nın müxbir üzvü seçilib
.

Eldar Bahadur oğlu Zeynalov - 8 oktyabr 1948-ci ildə
Bakı şəhərində doğulub.
Azərbaycan Dövlət Universitetini bitirib.

Əsas elmi nailiyyətləri: Bir sıra polimerlərin oksidləşmə reaksiyalarının kinetik parametrləri, o cümlədən sürət sabitləri təyin edilmişdir. Elastomerlərin sırasının kimyəvi modifikasiyasının kinetikası tədqiq edilmişdir. Antioksidantların potensial aktivlik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə karbohidrogenlər sırasının (kumol, etilbenzol, stirol) model oksidləşmə reaksiyaları işlənilib yaradılmışdır.İlk dəfə olaraq polimerlər üçün tətbiq olunan bəzi fərdi stabilizatorların, eləcə də mürəkkəb kompozisiyaların – neft və neft fraksiyalarının, polimer kompozisiyaların, mineral və bitki yağlarının, yeyinti məhsulları və dərman preparatlarının tərkibində olan təbii antioksidantların fəallığı təyin edilmişdir. Yatağın coğrafi yerləşməsi, suxurların dərinliyi və yaşına görə fərqlənən müxtəlif Azərbaycan neftlərinin inhibitor aktivliyinin kartotekası tərtib edilmişdir.
Polimer materialları additivlərinin qarşılıqlı təsirinin təyininə yeni yanaşmalar yaradılmışdır.
Fulleren C60 tərkibli yeni sinergetik qarışıqlar tədqiq olunub, karbon zəncirli polimerlərin stabilləşdirilməsi üçün tövsiyə edilmişdir.
Doymuş karbohidrogenlərin aerobik oksidləşmə reaksiyalarında fulleren C60-ın katalitik aktivliyi müəyyən edilmiş və bunun əsasında karbon turşularının yeni sintez üsulu təklif edilmişdir.


Dəyərli ziyalımız, tanınmış kimyaçı-alim,
kimya elmləri doktoru, professor Eldar Zeynalovu
AMEA-nın müxbir üzvü seçilməsi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
“Ziya” qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: