Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib

Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilibAkademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib 29 iyun 2017-ci ildə AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) təşkilatçılığı ilə görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan “Neft-kimya sintezi və mürəkkəb kondensləşmiş sistemlərdə kataliz” mövzusunda ikigünlük beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.

AMEA-dan ZiM.Az-a bildiriblər ki, konfransda İngiltərə, Ukrayna, Belarus, Gürcüstan və Qazaxıstanın tanınmış alimləri iştirak edirlər.

Tədbirdə NKPİ-nin direktoru, akademik Vaqif Abbasov çıxış edərək görkəmli alimin elmi fəaliyyətindən, onun neft karbohidrogenlərinin maye fazada oksidləşməsi ilə sintetik neft turşuları və digər qiymətli maddələrin alınması, eləcə də onların əsasında plastifikatorların yaradılması sahəsində xidmətlərindən danışıb. Qeyd edib ki, konfransın keçirilməsində əsas məqsəd dünya şöhrətli alimin neft kimyası elminin inkişafındakı rolunun bir daha işıqlandırılması, dünyada aparılan elmi tədqiqatların inteqrasiyası və müasir prioritetlərinin müəyyənləşdirilməsidir.

Sonra AMEA-nın müxbir üzvü Eldar Zeynalov B.Zeynalovun həyat yolu və elmi yaradıcılığı haqqında məruzə ilə çıxış edib.

Tədbirdə akademikin elmi fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Konfrans öz işini “Neft kimyası və neft emalı”, “Üzvi kataliz”, “Polimer materiallar və kompozitlər” bölmələri üzrə davam etdirib.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: