AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələri üzrə 2016-cı ildə doktoranturaya qəbulun nəticələri müzakirə edilib Humanitar elmlər, İctimai elmlər 20 Nisan 2017-ci il aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin doktorantları ilə görüş keçirilib. Tədbirdə bu elmi bölmələr üzrə 2016-cı ildə doktoranturaya qəbulun nəticələri müzakirə olunub və doktorantların dissertasiya mövzuları haqqında məlumat verilib.AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, görüşdə dissertasiya mövzularının doktorantlara verilməzdən öncə tədqiqat müəssisələrində müvafiq sahənin alimləri tərəfindən hərtərəfli müzakirə olunmasının vacibliyi vurğulanıb. Mövzuların müasir dövrdə elmin qarşısında duran əsas vəzifə və tələblərə uyğun seçilməsi tövsiyə olunub.Doktorantların dissertasiya mövzusu müzakirələrdən sonra təsdiq edilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.