“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfransı keçirilib

“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfransı keçirilib“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfransı keçirilib Dil hər bir xalqın milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürüdür. Dil həm də milli dövlətçiliyin rəmzi olduğu üçün onun inkişaf etdirilməsi, qayda və normalrının qorunması hər bir vətəndaşın borcudur.

Bu fikirlər 2018-ci il oktyabrın 19-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda keçirilən mətbuat konfransında səslənib.


Tədbiri giriş sözü ilə
Dilçilik İnstitutunun direktoru akademik
Möhsün Nağısoylu
açaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ilə bağlı görülən işləri diqqətə çatdırıb. Akademik bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq bu mövzu ilə bağlı əlaqədar qurumların nümayəndələri ilə belə görüşlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışıb.

Mətbuat konfransında çıxış edən institutun Monitorinq şöbəsinin müdiri dosent Sevinc Əliyeva Dövlət Proqramının Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığınıqeyd edərək, mövcud dil mənzərəsini öyrənmək üçün şöbə əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını bildirib və vurğulayıb ki, son illər Azərbaycan dilinin istifadəsi ilə bağlı irəliyə doğru atılan addımlarda Monitorinq şöbəsinin rolu böyükdür.

Daha sonra institutun aparıcı elmi işçisi, dosent Nəzakət Qaziyeva musiqiçilərin ifasında müşahidə olunan dil qüsurları və aparılan monitorinqlərin nəticələri barədə məlumat verib. Nəzərə çatdırılıb ki, bu sahədə aparılan monitorinqlər göstərir ki, musiqiçilərin ifasında Azərbaycan dili normalarından kənaraçıxmalara təsadüf olunur. Musiqi böyük tamaşaçı auditoriyasını əhatə etdiyindən nitq normalarına təsir göstərmək imkanına malikdir. Bunlar nəzərə alınaraq musiqi ifaçıları ədəbi dil normaları məsələsinə daha həssas yanaşmalıdırlar.

Məsələ ətrafında müzakirələrdən sonra mətbuat konfransının iştirakçıları KİV nümayəndələrinin suallarını cavablandırıblar.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: