Türk Dil Qurumunun sədri Gürer Gürsevin Dilçilik İnstitutunda görüşdə olub Humanitar elmlər, Turan 22 октября 2018 2018-ci il oktyabrın 22-də Türk Dil Qurumunun sədri Gürer Gürsevin AMEA Nəsimi adına Dilçilik İnstitutunda görüşdə olub.Dilçilik İnstitutunun Mətbuat xidmətindən elm.info.az-a bildiriblər ki, İclasda institutun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrindən danışıb. Akademik elmi-tədqiqat müəssisəsindəki şöbələr, onların strukturu və vəzifələri barədə qonağa ətraflı məlumat verib.Türk Dil Qurumunun sədri Gürer Gürsevin şöbələrin əməkdaşları və fəaliyyət planları ilə tanışlıqdan məmnun olduğunu, elmi-tədqiqat işlərinin aparılmasında Azərbaycan dilçiləri ilə yaxından əməkdaşlıq edəcəyini söyləyib.elm.info.az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.