Amaz Ülvi Binnnətova Özbəkistanda keçirilən Beynəlxalq konfransda məruzə edib

Amaz  Ülvi Binnnətova Özbəkistanda keçirilən Beynəlxalq konfransda məruzə edibAmaz  Ülvi Binnnətova Özbəkistanda keçirilən Beynəlxalq konfransda məruzə edib2020-ci il iyunun 15-də Özbəkistan Respublikası
Fərqanə Dövlət Universitetində
"Xarici dillərin öyrənilməsində innovativ üsullardan faydalanmanın əhəmiyyəti və tərcüməşünaslıq problemləri" mövzusunda Beynəlxalq konfrans keçirilib.

Onlayn keçirilən konfransa
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri, tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, Özbəkistan Respublikası Kokand Dövlət Pedaqoji İnstitutunun Fəxri Professoru
Almaz Ülvi Binnnətova da
dəvət alıb.


O, həmin konfransda
"Azərbaycan ədəbiyyatşünaslığında
Əlişir Nəvai irsinin tədqiqi məsələləri" adlı məruzə ilə çıxış edib.


Konfransda Azərbaycan, Özbəkistan, Hindistan, Əfqanistan, Səudiyyə Ərəbistanı, ABŞ və Tunisdən qatılan alimlərin maraqlı məruzələri dinlənilib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: