Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb Elm » Humanitar elmlər 28 Mart AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb.Kitaba müəllifin son illər apardığı tədqiqatların yekunu olan, XX əsr Azərbaycan ədəbi gedişatının ideya-estetik mahiyyətini özündə ehtiva edən əsərləri toplanıb. Müxtəlif mətbuat orqanlarına verilmiş müsahibələrdə müasir tənqid və ədəbiyyatşünaslığın nəzəri-metodoloji problemləri dövriyəyə gətirilir.AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Gülnar Səma ZiM.Az-a bildirib ki, “Sözün yaşamaq haqqı” kitabında “Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində”, “Cəfər Cabbarlı sənəti zamanın və sənətin sınağında”, “XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni”, “Nizami Gəncəvi poeziyası Mir Cəlalın nəzəri şərhində”, “Klassikləri oxumağın Həmid Araslı dərsləri” və başqa tədqiqatlar yer alıb. “Sabah” nəşriyyatında çap olunmuş 460 səhifəlik kitabın redaktoru filologiya elmləri doktoru, professor Qorxmaz Quliyevdir. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.