Qafqazşünaslıq İnstitutunda

Qafqazşünaslıq İnstitutunda Elmi-tədqiqat işlərinin aparılmasında düzgün metodoloji prinsiplərin seçiminə xüsusi diqqət ayrılmalıdır

AMEA-dan ZiM.Az- bildiriblər ki,
bu günlərdə AMEA-nın
Qafqazşünaslıq İnstitutunda
tətbiqi siyasi tədqiqatların
nəzəri-metodoloji əsaslarına
həsr olunan növbəti
elmi seminar keçirilib.


Tədbirdə institutun direktoru,
t.e.d., prof. Musa Qasımlı
ictimai elmlər üzrə tədqiqatçıların elmi-tədqiqat işlərinin aparılmasında düzgün metodoloji prinsiplərin seçiminə xüsusi diqqət ayırmalarının əhəmiyyətini vurğulayıb. Alim bildirib ki, siyasi araşdırmaların səviyyəsini artırmaq üçün tədqiqatçılar müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə, təhlil bacarığına yiyələnməlidirlər.

İnstitut əməkdaşlarının müvafiq sahə üzrə tədqiqatlarının səmərəliliyini artırmaq baxımından faydalı olan seminarda iştirakçıların sualları cavablandırılıb.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: