AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi arasında əlaqələr genişlənir

AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi arasında əlaqələr genişlənir AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi arasında əlaqələr genişlənir Fevralın 6-da İranın Tehran Universitetinin Qafqaz Araşdırmaları Mərkəzinin müdiri Mehdi Hüseyninin rəhbərliyi ilə bir qrup alim və mütəxəssis AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Alimləri İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi müşayiət edib.

AMEA-dan ZiM.Az-a bildiriblər ki, institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva əvvəlcə qonaqları salamlayıb, iki ölkə arasındakı elmi, mədəni əlaqələrin inkişafından danışıb, Şərqşünaslıq İnstitutunun İranın elm və təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini vurğulayıb.

Sonra Qafqaz Araşdırmaları Mərkəzinin müdiri Mehdi Hüseyni rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.

Görüşdə Şərqşünaslıq İnstitutu ilə Qafqaz Araşdırmaları Mərkəzinin əməkdaşlıq perspektivləri müzakirə edilib.
Həmçinin Azərbaycanda və İranda birgə elmi tədbirlərin keçirilməsi, alimlərin qarşılıqlı səfərləri, Şərqşünaslıq İnstitutunda iranşünaslığa dair kitabların təkrar nəşri və bu sahədə yeni elmi əsərlərin çap etdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

İranın Şəhid Beheşti Universitetinin əməkdaşı Həmidreza Əzizi, Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev, həmin institutun baş elmi işçisi, t.ü.e.d. Solmaz Rüstəmova-Tohidi, Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, i.ü.e.d. Dünyamalı Vəliyev birgə əməkdaşlığın əhəmiyyətindən danışıblar.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: