Erməni əsirliyində olan prokurorun oğlu Rövşən Rzayev komitə sədri təyin olunub

Erməni əsirliyində olan prokurorun oğlu Rövşən Rzayev komitə sədri təyin olunub
TƏBRİK EDİRİK!..

Azərbaycan Respublikasının prezidenti
cənab İlham Əliyevin
21 aprel 2018-ci il tarixli sərəncamı ilə
Qarabağın Azərbaycanlı İcmasının
İdarə Heyətinin üzvü, millət vəkili
Rövşən Şükür oğlu Rzayev
Nazirlər Kabinetinin yeni tərkibində
Azərbaycan Respublikası Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri təyin olunub.

Bəli, cənab Prezident Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə çox hörmətli millət vəkili
Rövşən Şükür oğlu Rzayevi təyin etməklə
Qarabağa və qarabağlılara, bütün məcburi köçkünlərə və qaçqınlara necə böyük diqqət və qayğı göstərdiyini bir daha subuta yetirdi.

ZiM.Az xəbər verir ki, 1962-ci ildə anadan olan Rövşən Rzayev əslən Qarabağlıdır.
Uzun illər ədliyyə sahəsində çalışan
Rövşən Rzayev siyasi mənsubiyyətcə, bitərəfdir.

2004-cü ildən millət vəkili seçilən və Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Gənclər və idman komitəsinin üzvü Rövşən Rzayev qəlbində və əməlində Qarabağa əsl övlad sevgisi olan vətənpərvər siyasətçi və dövlət xadimi olmaqla yanaşı, həm də saf əqidəli, yüksək mənəviyyatlı, humanist və xeyirxah bir insan, kamil bir şəxsiyyətdir. O, 1982-1986-cı illərdə Azərbaycan SSR-in nəqliyyat prokuroru, 1983-1987-ci illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı, 1994-1998-ci illərdə Bakı şəhər prokuroru olmuş tanınmış hüquqşünas, ədliyyə general-mayoru, mərhum Şükür Rzayevin oğludur.

Qeyd edək ki, ədliyyə general-mayoru mərhum Şükür Rzayev
I Qarabağ müharibəsi zamanı əsirlikdə olub.

Həmin hadisələrlə bağlı məlumat belədir:

“Bu dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində Dağlıq Qarabağ münaqişəsi artıq alovlanmışdı, separatçılar qanunçuluğa meydan oxuyurdular, regionda hüquq-mühafizə orqanlarının işi iflic olmuşdu. Vilayət prokurorluğunda törədilən qanunsuzluqlara yox demək, haqq-ədalətin, qanunçuluğun bərpasını təmin etmək məqsədilə Bakıdan Xankəndinə işi bilən, təcrübəli bir prokuror göndərmək lazım idi.

Erməni əsirliyində olan prokurorun oğlu Rövşən Rzayev komitə sədri təyin olunub 1991-ci il noyabrın 8-də
Bakı Şəhər Prokurorluğu
İstintaq şöbəsinin prokuroru
Şükür Rzayev respublika
prokurornun əmri ilə
Xankəndi şəhəri
ezam olunur.
O, şəhərə gəlir,
bir neçə gün
ona tapşırılan cari məsələlərin
həlli ilə məşğul olur,
vilayətin hərbi komissarına,
vilayət prokurorluğunun
əməkdaşlarına konkret tapşırıqlar verir.

Noyabrın 13-də DQMV Prokurorluğunun binasına basqın edən üzü maskalı bir qrup Şükür Rzayevin oturduğu kabinetə girərək onu girov götürür və gözlərini bağlayaraq “QAZ-24” markalı maşında naməlum istiqamətə aparır. Erməni separatçıları onu Xankəndidə qanunçuluğun bərpası naminə nümayiş etdirdiyi cəsarət və prinsipiallığa görə cəzalandırmaq istəyirdilər.

Erməni girovluğunda məşəqqətli 24 gün yaşayan Şükür Rzayev dekabrın 7-də girovluqdan azad edilir”.

Bu barədə ətraflı məlumatı bu linkdən - Rövşən Rzayevin “Ermənilər atamı girov götürəndə qardaşım zəng etdi ki...” sərlövhəli MÜSAHİBƏsindən oxuya bilərsiniz...

Erməni əsirliyində olan prokurorun oğlu Rövşən Rzayev komitə sədri təyin olunub
Biz də ədliyyə general-mayoru mərhum Şükür Rzayevə Allahdan rəhmət diləyir, çox haqqlı olaraq
"Layiqli Atanın vətənə, dövlətə
sədaqətli davamçısı - Qürurduyulası dost və əsl insan" adlandırılan
çox hörmətli Rövşən Rzayevi
ölkə başçısı tərəfindən
Azərbaycan Respublikası Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri
təyin olunması münasibətilə
ürəkdən təbrik edir və ona
şərəfli fəaliyyətində yeni-yeni
uğurlar arzulayırıq!..
Xalqımız üçün, millətimiz üçün
xeyirli-ugurlu olsun!..
Allah-təala yeni vəzifəsində ona doğma Qarabağımızda bərpa və quruculuq işləri aparmağı,
dağılmış yurd yerlərimizdə abad qəsəbələr və şəhərlər salmağı, Qarabağa böyük qayıdışın önündə
şərəflə addımlamağı qismət eləsin!

Müşfiq BORÇALI,
ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: