TƏHSİL MÜTƏXƏSSİSLƏRİ AzTU-da İMTAHAN PROSESİNİ İZLƏYİBLƏR

TƏHSİL MÜTƏXƏSSİSLƏRİ AzTU-da İMTAHAN PROSESİNİ İZLƏYİBLƏR TƏHSİL MÜTƏXƏSSİSLƏRİ AzTU-da İMTAHAN PROSESİNİ İZLƏYİBLƏR TƏHSİL MÜTƏXƏSSİSLƏRİ AzTU-da İMTAHAN PROSESİNİ İZLƏYİBLƏR TƏHSİL MÜTƏXƏSSİSLƏRİ AzTU-da İMTAHAN PROSESİNİ İZLƏYİBLƏR TƏHSİL MÜTƏXƏSSİSLƏRİ AzTU-da İMTAHAN PROSESİNİ İZLƏYİBLƏR TƏHSİL MÜTƏXƏSSİSLƏRİ AzTU-da İMTAHAN PROSESİNİ İZLƏYİBLƏR TƏHSİL MÜTƏXƏSSİSLƏRİ AzTU-da İMTAHAN PROSESİNİ İZLƏYİBLƏRTəhsil naziri
Mikayıl Cabbarovun
“İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əm­rinə əsasən
respublikanın tanınmış təhsil mütəxəssisləri,
QHT və KİV nümayəndələrindən ibarət
moni­torinq qrupu
Azərbaycan Texniki Universitetində (AzTU)
qış imtahan sessiyasının gedişi ilə yaxından tanış olmaq məq­sədilə
bu gün həmin ali təhsil ocağında olublar.


AzTU-dan “Ziya” qəzetinin Baş redaktoru Müşfiq Borçalı elm.info.az -a bildirmişdir ki, Monitorinq qrupunun nü­­mayəndələri - uzun müddət Milli Məclisin Elm və Təhsil komissiyasının sədri olmuş professor Şahlar Əsgərov, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, “Multimedia” İnfor­ma­­siya sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun pre­zidenti Osman Gündüz,
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev, tanınmış təhsil eks­perti
Na­dir İsrafilov, Təhsil Nazirliyinin İnformasiya şöbəsindən - İctimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə koordinator Elçin Sərdarov və b. əvvəlcə tələbələrlə görüşüblər, imtahan keçirilən audito­riyalarda olublar, test üsulu ilә, hәm­­çinin yazılı keçirilәn imtahanların tәşkili sahәsindә ya­radılan şәraitlә ma­raqlanıblar.
Onlar uni­­versitetin Xüsusi texnika vә texnologiya, Nәq­liyyat, Radiotexnika vә rabitә, Elek­tro­texnika vә ener­getika fakültәlәri tәlәbәlәrinin imta­hanlarında bilavasitə iştirak edib­lər və imta­han­ların gedişini uni­versitetin Tədris Elektron Mərkəzindən izləyiblər.
Sonra nümayəndə heyəti, universitetin elmi-tədqiqat və tədris laboratoriyalarına, mərkəz və mu­zeylərinə baş çəkiblər, universitetin Heydər Əliyev Mərkəzi və Virtual layihə texnoloji tədris mər­kəzi ilə yaxından tanış olublar.

Daha sonra monitoriq qrupunun üzvləri ilə Azərbaycan Texniki Universitetinin rektoru, Əmək­dar elm xadimi, texnika elmləri dok­toru, professor Havar Məmmədovun görüşü olub.

Monitoriq qru­punun üzvləri ilə görüşü zamanı rektor rәh­bәrlik et­di­yi ali mək­təbin maddi-texniki bazası, kadr ha­zırlığı, beynəlxalq əlaqələri barədə danışıb, uni­ver­sitetdә tәdris prosesinin vә imtahan sessiyasının tәş­kili, tәlәbәlәrin biliyinin obyektiv vә şәffaf qiy­mәtlәndirilmәsi, im­tahan­ların gedişi, onlara nә­zarәtin ar­tırılması, bir sözlə, bu istiqamətdə gö­rü­lən işlәr barәdә ətraflı mәlumat verib.

Professor Havar Mәmmәdov bildirib ki, AzTU-da 2015-2016-cı il tәdris prosesinin vә payız im­ta­han sessiyasının tәş­kili, im­ta­han­ların gedişi, onlara nәzarәtin ar­tırılması, tәlә­bәlәrin bili­yinin ob­yektiv vә şәffaf qiy­mәt­lәndirilmәsi ilə bağlı bir sıra ciddi tədbirlər hə­yata keçirilir. Təhsil na­zirinin müvafiq əmrinə uyğun olaraq imtahan sessiyasının gedişinә nә­zarәt et­mәk mәqsәdilә AzTU-da Qərargah və Apelyasiya Komissiyası yaradılıb, qiymətləndirmədən narazı qalan tələbələrin Apel­yasiya Komissiyasına ərizə ilə müraciət et­məsi üçün şərait təmin edilib. Mübahisə doğuran mә­sә­lә­lәr Apel­yasiya Komis­siyası tә­rәfin­dәn araş­dırılır, qiymətləndirmədə şəffaflıq və ope­rativlik təmin edi­lir.

Bildirilib ki, AzTU-da hazırda 7392 nəfər bakalavr, 432 nəfər maqistr təhsil alır ki, bun­ların da təx­­minən 6 faizi - 467 nəfəri imtahanlara bura­xıl­mayıblar. İmtahan sessiyasına hazırlıq ərəfəsində müvafiq fən­lər üzrə 3 dəfə yoxlama imtahanları (kol­lokviumlar) keçirilir. Artıq bir neçə ildir ki, Elmi Şuranın qərarı ilə universitetdə imtahanlar test üsulu ilə yanaşı həm də yazılı formada ke­çirilir. İmtahanlara nəzatərçi qismindә qeyri-­ixtisas fәnn müәl­limlәri cәlb olu­nur.
Bu il payız imtahan sessiyasında təxminən 1000 nəfərə yaxın tələbə - o cümlədən, Xü­susi tex­ni­ka vә texnologiya fakültəsinin bütün tələbələri, eləcə də “Sabah” qrup­larının və Av­ro­pa İtti­faqı­nın “TEM­­PUS” layihəsi üzrə təhsil alan qrupların tələbələri qış ses­siyasının im­tahanlarını ya­zılı, qalan tələbələr isə bütün imtahanlarını test üsulu ilə verirlər.

Universitetdә yaradılan elektron tәhsil sisteminin fәaliyyәti ilә bağlı geniş mәlumat ve­rәn rek­tor professor Havar Məmmədov xüsusi olaraq qeyd edib ki, universitetdә tәdris prosesi vә imtahanların tәşkili üzrә bütün mәsә­lәlәr bu ali təhsil ocağında yaradılan “Elektron Universitet” vasitәsilә nәza­rәtә götürülür, istər yazılı, istərsə də test imta­hanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır.

Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kom­­püterin ekra­nın­da görür. Yazılı imtahanlar da test imtahanları kimi, ciddi nəzarətə gö­türülüb, yazılar şifrə­lənir, son­ra yox­lanılır və elə həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün so­nunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri “Elektron Uni­ver­si­tet”- də yerləşdirilir.
Valideynlərin, marağı olan şəxslərin imtahanların gedişini izləməsi üçün hər bir şərait yaradıl­mış­dır. İmtahan sessiyası dövründə hər həftənin şənbə günləri rektor tərəfindən “Açıq qapı” günləri ke­çirilir. Şikayət və təklifləri olan valideyn və tələ­bələr sərbəst mü­raciət etmək imkanına malik­dir­lər.

Monitorinq qrupunun üzvləri bir neçә auditoriyada im­tahanların gedişini müşahidә et­dik­lərini, im­tahan prosesinin təşkilindən məmnun qaldıqlarını bildiriblər, tәlәbәlәrin bilik­lәrinin ob­yektiv dә­yәr­lәn­dirilmәsini və şəffaflığın təmin olunması isti­qamətində görü­lən iş­ləri, o cüm­lədən, Təd­ris Elek­tron Mər­kəzinin fəaliyyətini, apellyasiya və qərargahın işini yüksək qiy­mət­­lən­diriblər.

Azərbaycan Texniki Universitetinin güclü maddi-texniki bazaya malik olduğunu deyən eks­pert­lər, mütəxəssis hazırlığı istiqamətində görülən işləri yüksək dəyərləndirərək, nəzəri bilik­lərin təc­rü­bədə tətbiqi istiqamətində həyata keçirilən layihələrdən, yerli və beynəlxalq qrant layi­hə­lə­rin­də iş­ti­rakdan məm­nun qaldıqlarını vurğulayıblar və tələbələrə elm­lәrә olan hәvәslərinin artı­rıl­ma­sı, gәnc­lәrin bilikli, bacarıqlı mütәxәssislәr kimi yetişmәlәri üçün müvafiq tövsiyyәlәrini ve­rib­lər.

Sonra professor Havar MәmmәdovMonitorinq qrupunun nümayəndə heyətinin üzvləri gö­rüş iştirakçılarının suallarını cavablandırıblar.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun İctimai Şurasının üzvləri imtahan prosesini izləyiblər

AzTU-nun İctimai Şurasının üzvləri imtahan prosesini izləyiblər

AzTU
AzTU-da “Aşıq qapı ” günü keçirilib

AzTU-da “Aşıq qapı ” günü keçirilib

AzTU
AzTU-da imtahanların gedişini izləmək üçün “Açıq qapı günü” təşkil olunub

AzTU-da imtahanların gedişini izləmək üçün “Açıq qapı günü” təşkil olunub

AzTU
AzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunub

AzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunub

AzTU
AzMİU-da mediatur təşkil olunub

AzMİU-da mediatur təşkil olunub

Digər ali məktəblər
AzTU-da yay imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

AzTU-da yay imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

AzTU
Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izləyiblər

Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izləyiblər

AzTU
AzTU-da valideynlərlə görüş olub

AzTU-da valideynlərlə görüş olub

AzTU
AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib

AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib

AzTU
İctimai Şuranın üzvləri və KİV nümayəndələri AzTU-da

İctimai Şuranın üzvləri və KİV nümayəndələri AzTU-da

AzTU
AzTU-da qış imtahan sessiyasına hazırlıq işləri müzakirə olunub

AzTU-da qış imtahan sessiyasına hazırlıq işləri müzakirə olunub

AzTU
AzTU-da qış imtahan sessiyası başlayıb

AzTU-da qış imtahan sessiyası başlayıb

AzTU
BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tə ...

BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tə ...

BDU, Hüquq
AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Əsas xəbər, AzTU
AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

"Zirvə"
AzTU-nun rektoru imtahan prosesini izləyib

AzTU-nun rektoru imtahan prosesini izləyib

AzTU
Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib

Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib

Digər ali məktəblər
AzTU rektoru şifahi imtahan prosesini izlədi

AzTU rektoru şifahi imtahan prosesini izlədi

AzTU
AzTU-nun rektoru

AzTU-nun rektoru "Xüsusi texnika və texnologiya" fakültəsinin III-IV kurs ...

AzTU
ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə keç ...

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə keç ...

ADPU
Rəy yazın: