AMEA-nın iki bölməsinin birgə iclası keçirilib Əsas xəbər, "Zirvə" 18 Ocak Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin birgə iclası keçirilib.İclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli multikulturalizm dəyərlərinin Azərbaycan modeli barədə danışıb.Akademik İsa Həbibbəyli AMEA-nın 70 illik yubiley yığıncağında Prezident İlham Əliyevin “Bu gün multikulturalizm Azərbaycanda həyat tərzindən dövlət siyasəti səviyyəsinə qədər inkişaf etmişdir” fikrini xatırladıb. Bildirilib ki, artıq multikulturalizmin Azərbaycan modelini dünyaya təqdim etməyin zamanı gəlib çatıb.AMEA-nın vitse-prezidenti 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncamın bu istiqamətdə mühüm addım olduğunu diqqətə çatdırıb.Akademiyada ötən ildən multikulturalizm ilə bağlı elmi araşdırmaların aparıldığı, cari ildən isə alim və tədqiqatçıların bu mövzunu daha çox diqqət mərkəzində saxladıqları bildirilib. AMEA tərəfindən ölkədə multikulturalizmin inkişafı mövzusunda konfransın təşkili və bu mövzuda kitabın çap olunması da nəzərdə tutulur.Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev “Azərbaycan multikulturalizmi örnək model kimi” mövzusunda məruzə ilə çıxış edib.Akademik K.Abdullayev Azərbaycan multikulturalizminin ədəbi-bədii, elmi-fəlsəfi və publisistik, siyasi qaynaqları haqqında danışıb. Azərbaycan multikulturalizminin dünyanın müxtəlif ölkələrində təbliğ və tədris edildiyini diqqətə çatdıran Dövlət müşaviri bu mövzuda bir neçə xarici ölkədə keçirilən “dəyirmi masa” və konfranslar barədə məlumat verib. Multikulturalizmin Azərbaycanda sinkretik maariflənmə üsulu olduğunu söyləyən akademik ölkənin ali təhsil müəssisələrində bu fənnin tədrisinin əhəmiyyətini qeyd edib.Akademiklər Vasim Məmmədəliyev, Rafael Hüseynov və digər çıxış edənlər mövzunun aktuallığını vurğulayıblar.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.