9 aprel-Gürcüstan müstəgilliyinin bərpası günü Gürcüstan 9 Nisan ZiM.Az-ın Borçalıdakı xüsusi müxbiri bildirir ki, 9 aprel Gürcüstan müstəgilliyinin bərpası günü ilə bağlı Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM)nin Gənclər şöbəsi və Borçalı İrəli İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə 9 aprel hadisələri zamanı həlak olanların xatirəsini 1 dəqiqəlik sükütla yad edildildikdən sonra çıxışlar edildi. Borçalı İrəli İctimai Birliyinin sədri Muhəbbət İmanov 9 aprel hadisələrinin tarixindən söz açaraq eyni hadisələrin Azərbaycanda 20 yanvar tarixində də olduğunu vurğulayıb, o, iki xalqın mübarizliyindən və müstəgilliyin necə çətin yollarla əldə olunmasından danışıb. AMM-Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva çıxışında gürcü xalqının mübarizliyindən, müstəgillik uğrunda həmrəylik göstərərək 9 aprel günü sovet ordusunun qarşısına çıxmasının qəhramanlığından danışdı. Gürcüstanda yaşayan azərbaycanlılar da, Gürcüstan vətəndaşı olaraq öz vətəndaşlıq borclarını gürcüstanın tarixi boyu yerinə ayiqincə yetirərək bu ölkənin inkişafı, müstəgilliyi uğrunda hər zaman əllərindən gələni ediblər edəcəklər də, "Bu günü Gürcüstan və Azərbaycan dövləti işğalçılıqdan əziyyət çəkir, hər iki ölkənin əraziləri işğal altındadır, qaçqın və məcburi köçkün həyatı yaşayıb evlərindən doğma torpaqlarından uzaq düşən vətəndaşları var, bu hadisələri gənclərimiz bilməlidir və hər zaman dövlətin müstəgilliyinin qorunması üçün əllərindən gələni etməlidirlər. Biz bu ölkəyə layıqli vətəndaş, xalqımıza layiqli nümayəndə olmalıyıq"- deyə vurğuladı N.Əliyeva.Tədbirdə iştirak edən gənclərdən Kamran Kiryakov, Vüqar Məmmədov (Vəkiloğlu) və digərləri çıxış edərək 9 aprel hadisələrindən danışaraq fikirlərini bölüşdülər. Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdən yenicə qayıtmış Fəal gənclərdən olan Samirə Bayramova isə çıxış edərək ABŞ təssüratları ilə bölüşərək ölkələrimizin qərbdə tanıdılması istiqamıtində böyük işlərin görülməsinin zəruriliyindən danışdı. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.