Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar... Gürcüstan, Hüquq, Diaspora 19 Ocak "Etnik Mənsubiyyət və Multikulturalizm Araşdırmaları Mərkəzi" "Gürcüstan Parlamentində Milli Azlıqlar" başlıqlı məlumat hazırlayıb. ZiM.Az xəbər verir ki, məlumat 2017-ci ilin yanvar ayında yayınlanıb.Gürcüstan parlamentində etnik və milli azlıqların sayı ən az 1992-1995-ci illərdə, ən çox 1995-1999-cu illərdə olub. 1992-1995-ci illərdə Gürcüstan Parlamentində azərbaycanlılar təmsil olunmayıb.Ən çox azərbaycanlı 1999-2004-cü illər ərzində 6 nəfər olub. Ən böyük üçüncü qrup olan ermənilər də həmin dönəm ərzində, yəni 1999-2004-cü illərdə parlamentdə ən çox nümayəndədən, yəni 7 nəfərdən ibarət olublar.1990-1991-ci illər1990-1991-ci illərdə “Ali Şura”nın tərkibi 250 nəfərdən ibarət idi. O dönəmdə Gürcüstanda parlamentin olaraq “Ali Şura” fəaliyyət göstərirdi. Etnik və milli azlıqlar Gürcüstan əhalisinin* 29.9 %-ni təşkil edirdilər. Ali şuranın isə 3.2 %-i, yəni 8 nəfəri (2 nəfər erməni, 2 nəfər azərbaycanlı, 2 nəfər rus, 1 nəfər apxaz, 1 nəfər yunan) etnik və milli azlıqların nümayəndəsi idi.*Əhalinin sayı 1989-cu ildə keçirilmiş siyahıya almaya əsasən hesablanıb.1992-1995-ci illər1992-1995-ci illərdə parlamentin tərkibi 235 nəfərdən ibarət idi. Etnik və milli azlıqlar Gürcüstan əhalisinin* 29.9 %-ni təşkil edirdilər. Parlamentin isə 2.6 %-i, yəni 6 nəfəri (2 nəfər erməni, 1 nəfər rus, 1 nəfər apxaz, 1 nəfər yunan, 1 nəfər gürcü yəhudi) etnik və milli azlıqların nümayəndəsi idi.*Burda da əhalinin sayı 1989-cu ildə keçirilmiş siyahıya almaya əsasən hesablanıb.1995-1999-cü illər1995-1999-cü illərdə seçilmiş parlamentin 7.7 %-i, yəni 235 deputatın 18 nəfəri (5 nəfər erməni, 5 nəfər azərbaycanlı, 3 nəfər rus, 1 nəfər osetin, 1 nəfər apxaz, 1 nəfər yunan, 1 nəfər gürcü yəhudi, 1 nəfər kürd/yezid) etnik və milli azlıqlardan olub. Ümumi ölkə əhalisinin* isə 25%-i etnik və milli azlıqdan ibarət idi.*Əhalinin tərkibi təxmini hesablamalara əsasən müəyyən olunub və etnik və milli azlıqların sayında bu dönəm ərzində azalma müşahidə olunurdu.1999-2004-ci illər1999-2004-ci illərdə parlamentin tərkibi 235 nəfərdən ibarət idi. Etnik və milli azlıqlar Gürcüstan əhalisinin* 18 %-ni təşkil edirdilər. Parlamentin isə 7.2 %-i, yəni 17 nəfəri (7 nəfər erməni, 5 nəfər azərbaycanlı (Azər Süleymanov və b.), 1 nəfər rus, 2 nəfər apxaz, 2 nəfər gürcü yəhudi) etnik və milli azlıqların nümayəndəsi idi.*Əhalinin tərkibi təxmini hesablamalara əsasən müəyyən olunub və etnik və milli azlıqların sayında bu dönəm ərzində azalma müşahidə olunurdu.2004-2008-ci illər2004-2008-ci illərdə parlamentin tərkibi 235 nəfərdən ibarət idi. Etnik və milli azlıqlar Gürcüstan əhalisinin* 16.25 %-ni təşkil edirdilər. Parlamentin isə 4.7 %-i, yəni 11 nəfəri (5 nəfər erməni, 3 nəfər azərbaycanlı , 2 nəfər gürcü yəhudi, 1 nəfər osetin) etnik və milli azlıqların nümayəndəsi idi.*2002-ci ildə keçirilmiş əhalinin siyahıya alınmasına əsasən2008-2012-ci illər2008-2012-ci illərdə parlamentin tərkibi 150 nəfərdən ibarət idi. Etnik və milli azlıqlar Gürcüstan əhalisinin* 16.25 %-ni təşkil edirdilər. Parlamentin isə 4 %-i, yəni 6 nəfəri (3 nəfər azərbaycanlı (Azər Süleymanov və b.), 3 nəfər erməni) etnik və milli azlıqların nümayəndəsi idi.*2002-ci ildə keçirilmiş əhalinin siyahıya alınmasına əsasən2012-2016-ci illər2012-2016-ci illərdə parlamentin tərkibi 150 nəfərdən ibarət idi. Etnik və milli azlıqlar Gürcüstan əhalisinin* 16.25 %-ni təşkil edirdilər. Parlamentin isə 5.3 %-i, yəni 8 nəfəri (3 nəfər azərbaycanlı (Azər Süleymanov, Mahir Dərziyev, Əli Məmmədov), 3 nəfər erməni, 1 nəfər osetin, 1 nəfər kürd/yezid) etnik və milli azlıqların nümayəndəsi idi.*2002-ci ildə keçirilmiş əhalinin siyahıya alınmasına əsasən2016-2020-ci illər2016-2020-ci illərdə parlamentin tərkibi 150 nəfərdən ibarətdir. Etnik və milli azlıqlar Gürcüstan əhalisinin* 13.17 %-ni təşkil edirlər. Parlamentin isə 7.3 %-i, yəni 11 nəfəri (4 nəfər azərbaycanlı (Azər Süleymanov, Mahir Dərziyev, Ruslan Hacıyev və Savalan Mirzəyev), 3 nəfər erməni, 2 nəfər apxaz, 1 nəfər osetin, 1 nəfər kürd/yezid) etnik və milli azlıqların nümayəndəsidir.*2014-ci ildə keçirilmiş əhalinin siyahıya alınmasına əsasənZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.