Gürcüstanda dini azınlıqların problemləri

Gürcüstanda dini azınlıqların problemləri Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin şeyxi və rəhbəri Mirtəqi Əsədovla olan musahibəni sizə təqdim edirik.

- Gürcüstanda dini azınlıqların problemləri nələrdir? Dini Məsələlər üzrə Dövlət Agentliyinin işləməsindən razısınızmı?

- “Bildiyimiz kimi, Bütün Gürcüstan Müsəlmanları İdarəsi 2011-ci ildə yaradıldı və onun təsisçiləri deputatlar, dövlət məmurları oldular.
Bizə çatan məlumata görə onların biri hətta xristian idi.
İdarəni ruhanilər təsis etməyiblər.
O hal ki bu işə ruhanilər qoşulmayıb dövlət tərəfindən müsəlmanların hüquqlarını deyil, bu idarəni öz məqsədləri üçün istifadə etməyi aşkarlayır.
Sünniləri və şiələri bu idarə altında birləşdirdilər və şeyx seçdilər. Seçkilər formal olaraq dövlətin nəzarəti altında keçirildi Yəni dövlətin tələb etdiyi namizəd oldu şeyx, daha doğrusu təyin olundu. Bunun ardından əsasən şiələrin başçılığı ilə etiraz başlandı. Həm televiziya, həm də yazılı şəkildə bildirdik ki şeyxin bu cür seçilməsi ədalətli deyil və bizim üçün təhqiramiz idi. Alternariv bir idarənin yaradılması ideyası da bundan yarandı.və normal ölkələrdədə dini təşkilatlar azad və müstəqil olmalidirlar heç bir qurum və qurluşa bağlanmamalıdırlar,həmçinin əqidəmizdə bunu tələb edir.
Dövlət və Təhlükəsizlik tərəfindən konkret ruhanilər üzərində təzyiqlər vardı ki, idarə etdikləri məscidləri bu idarənin ixtiyarına versinlər.
Hakimiyyətin əvəzolunmasından sonra biz qərara gəldik ki, müstəqil, alternativ bir təşkilat yaradaydıq.
Bizim üçün sünniləri və şiələri birləşdirmək üçün dövlətin göstərdiyi səylər şübhəli idi.
Anladıq ki, bunu dövlət sağlam proseslərin qeydinə qalmaq üçün deyil, kontrolu asandlaşdıran mexanizmi qurmaq üçün edirdi.
Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin adından Konstitusiya Məhkəməsinə müraciət etdik.
Şikayəti hökumətin 2014-cü ilin yanvarın 27-də qəbul etdiyi 117 nömrəli qərarın şikayəti idi.
Bu qərarda Yəhudi, Erməni, Roma-Katolik dini kimi qeyd ediliblər və hər birni müstəqil din kimi göstəriblər, amma bizə gəldikdə İslam kimi yazıblar bu isə özü özlüyündə anormalliqdir. Ona görə ki biz ölkədə ənənəvi olaraq sünnü və şiə olaraq varıq və yaşayırıq, biz tələb edirik ki, hər kəsin adı nədir o cür də qərarda yazılsın, ona gör ki, müəyyən qurum və quruplar çıxıblar İslam adına olmazın cinayət və terror hərəkətləri həyata keçrirlər biz ona görə istəmirik kimlərinsə cinayətinə bizləri də bulaşdıra və adımızı hallandıralar və dəfələrlə hökmət və müxtəlif QHT-lər səvyədə dilə gətrilib radikal qüvvələr ölkəmizdə mövcuddurlar, hətda onlardan gedib Suryada vurşanlanr da var. Bizim bu şikayəti verməmişdən biraz qabaq ölkənin üç büyük şəhərində islam əlehinə mitinqlər keçirdilər,bunların hamsı bizim üçün dərs idi. Biz istəyirik ki, hər kəs din əqidə adına cinayət etdisə gərk öz adı ilə deyilsin və çağrılsın,onuda qeyd edim ki,bu terrordan ən çox əzyət çəkən bizlərik və nümunəsinidə yaşamışıq.. Dövlətin yaratdığı idarə heç də innovasiya deyil. Bu təxminən 200 il bundan əvvəl yaranmış modelin bərpasıdır. Qafqaz tamamilə Rusiyanın təsiri altına keçəndən sonra. Rusiya da məhz bu modellə sünniləri və şiələri bir idarədə topladı ki nəzarətdə çətinlik çəkməyə idi. Bundan əvvəlki hökumətin qurduğu model də onun təkrarıdır. Ümumən nəzarət etməyin bu cür cəhdi öz-özlüyündə düzgün deyil – nə hüquqi olaraq, nə də Şəriyət. Şiə inancı təyinolunma təcrübəsini qəbul etmir və əgər bir kimsə hansı postu tutursa, öz biliyinin, elminin gücü və ruhanilərin seçimi,istəyi və ya özündən daha yüksək bir din aliminin təsdiqi ya icazəsi əsasında olur.
Tarixən də belə davam edibdir. O ki, qaldı məscidlərin tikilməsinə, dövlətin məscid tikməyə haqqı yoxdur və əgər tiksədə onu heç bir şərt qoymadan müsəlman icmasına verməlidir. O ümmətin iyanəsi, yaxud da icmadan çıxan bir xeyriyyəçinin əli ilə tikilməlidir. İndi isə hər şeyin tərsinə fırlatdıqlarnı görürük. Məscidlər barədə onu deyə bilərəm ki, xalq tərəfindən inşa olunmuş məscidlərin bir çoxu qeydiyyatdan keçməmişlər və havada idilər,ölkədə ibadət ocaqlarnı tənzimləyən hər hansı bir normativin olmamasından irəli gəlirdi.
Eşitdik ki, İqtisadiyyat Nazirliyi bu məscidləri öz balansına məscid deyil, sahibsiz mülk adı ilə köçürüb və Nazirlikdə bu məscidləri Dini Məsələlər üzrə Dövlət Agentliyinin təqdimatı ilə Gürcüstan Müsəlmanları İdarəsinə müddətli və müddətsiz icarə və istifadəsinə verirlər. Bütün bu müəssisələri oğurluq və qəsbi yolla əldə ediblər bu isə dini tərfdən haram işlərdən və böyük günahlardan sayılır, sənin olmayan bir şeyi necə özününküləşdirməyə çalşırsan?
Onu başa düşdük hökmətdə olanlar bunu başa düşmür bəs ruhaniyyət və o, idarənin rəhbərliyi bu cinayətə niyə şərik olurlar.
Özləri dedilər ki, 130 məscid qeydiyyatdan keçibdir,əslində necədir ona aydınlıq gətrək Tiflis cümə məscidi tarixi abidə olduğu üçün Mədənyət Nazirliyinin Balansındadır, Agentliyin təqdimatı əsasında o məscidlər cümə məscidinin balansına verilir və o, adla müsəlman icmasını aldadırlar ki, ad aldı və müsəlmanların ixtiyarlna verildi. Tamam yenə də öz əllərində saxlayır hökmət sadəcə idarəçiliyni verir öz kontrolu və nəzarətində olan Gürcüstan Müsəlmanları İdarəsinə. Əslində bütün məscidlər və o cümlədəndə cümə məscidinin əsil sahib və varislərnə qaytarılmalıdırlar və ya ümumi şuraya verilməlidir.İcmanin özü necə istəsə elədə tənzimləyər. Hökmətin borcudur ki, öz qanunlarnı tənzmiləsin və vətəndaşlarda ondan rahat istifadə edə bilsin da problem çıxardan olmamalıdır öz vətəndaşlarna,biz isə həqiqətdə görürük ki, müəyyən qurum və qurluşlar məsələlərin həllini yox hökmətlə xalq arasında ixtilaf salmaqla məşğuldurlar. Problemlərdən biridə Batum məscidinin tikliməmiş qalmasıdır və Moxe kəndinin məscidini müsəlmanların əlindən alınmasıdır. Qədim məscidin yerində tikilən Marneulinin Mərkəzi İmam Əli Məscidinin qeydiyyatı yox idi və fürstədən istifadə edərək o, məscidi də oğurlayıb qəsb edərək öz mülklərinə keçiriblər .Bunun adı müsəlman icmasına xəyanətdir başqa adı yoxdur.
Dini məsələlər üzrə Dövlət agentliyinin yaranmasını biz alqışladıq. Zira dini problemlər baş qaldırdıqda kimə müraciyət edəcəyimizi bilmirdik. Ümid edirdik ki Agentlik öz konstitusyon səlahiyyətlərini işə salaraq həmı ilə eynibərabər davranacaqdı. Ancaq tam əksi ilə qarşılaşdıq. Onlar bi idarəni açıq-aşkar dəstəkləyirlər, onu süni şəkildə gücləndirirlər.
Halbuki dövlət orqanının, qurumunun hansısa təşkilata üstünlük verməsi qeyri-qanunidir, haqsızlıqdır Və əgər bu tərəf çıxmalar dini azlıqlara və təşkilatlara aiddirsə, onda məsələ daha da həssaslaşır. Bir dövlət orqanının bu cür davranışı ölkə üçün zərərli olduğu qənaətindəyəm və o cümlədəndə din dövlətdən ayrı olduğu üçün heç bir qurumun müdaxilə etmək haqqdı yoxdur. Agentlik tənzimləyici struktur olmalı, problemləri özü yaratmamalıdır.
ÜmumGürcüstan Müsəlmanları Ali Dini İdarəsinin adından Tbilisi Apelyasiya məhkəməsinə Apelyasiya şikayəti ilə müraciət etdik.
Məsələ Gürcüstan Hökumətinin 117 Nömrəli Qərarı əsasında dini təəkilatlar üçün Sovet totalitar rejimi zamanı vurulmuş zərərin qismən ödənməsi məqsədi ilə yaradılmış təmsilçilik şurasının bir üzvü kimi şikayətçi təşkilatın tanınmasına aiddir.
Dini Məsələlər üzrə Dövlət Agentliyinin təmsilçilik şurasının yaradılması ilə əlaqədar göndərdiyi məktuba ÜmumGürcüstan Müsəlmanları Ali Dini İdarəsinin razılıq verməyinə baxmayaraq, bu təşkilatı təmsilçilik şurasına qəbul etmədilər və çox təssüf ki, bizim əleyhimizə öz müsəlman qardaşlarmız imza atdılar,güya ki, mən imtina etmişəm amma bu günə kimi imtina sənədini ortaya çixardan yoxdur,biz isə razılıq sənədini məhkməyə təqdim etmişik.

Xatırladım ki, məhkəmədə bizim qarşı tərəflər Dini Məsələlər üzrə Dövlət Agentliyi, Bütün Gürcüstan Müsəlmanları İdarəsi və Gürcüstan Müsəlmanlar Birliyidir.
"Tbilisi Şəhər Məhkəməsi dəlil-sübut göstərmədən bizim İdarənin şikayətini təmin etməkdən imtina etdi.

Biz alınan qərarın ləğ olunmasını Apelyasiya Məhkəməsindən gözləyirik və biz nə istəyirk istəymiz odur ki müsəlman icmasi ümümi təmsilçilik şura ilə idarə olunsun bir qurumun qərarı əsasında və ya daxilində olan şurayla yox. Başqa bir məhkəmə şikayətimiz yenə var Gürcüstanda qeydiyyatdan keçmiş beş dini birləşmə Konstitusiya Məhkəməsinə şikayət verdik. Şikayətdə „Dövlət əmlakı haqqda“ Gürcüstan qanunun dini azlıqlara diskriminasiya şəraitləri yaradan normalarının qeyri-konstitusional hesab olunmasını tələb olunur. Hal-hazırki norma dini azlıqları Gürcüstan Patriarxliğı ilə münasibətdə qeyri-bərabər vəziyyətə salır.. Gürcüstan Provoslav kilsəsindən(Patriarxliğı )savayı, bütün dini təşkilatları dövlət əmlakını aldıqda müxtəlif formalarda maneələrlə qarşılaşırlar (məsələn, dəyişmək, kənd-təsərrüfatı torpaqların privatizasiyası və dövlət əmlakını sahibkarlığa ödənişsiz almaq). Bu isə Gürcüstan konstotusiyası ilə tanınmış qanun qarşısında bərabərlik prinsipləri (14-cü maddə) və sahibkarlıq və irsiyyat hüququ ilə ziddiyyət təşkil edir (21-ci maddə).

Konstitusiya şikayəti ilə „Dövlət əmlakı haqqda“ Gürcüstan qanun norması etiraz olunur ki, bu normaya görə, dini təşkilatlardan dövlət əmlakını yalnız Özəl Hüquqlu Hüquqi şəxslər, Gürcüstan Provoslav kilsəsi ala bilərlər. (dövlət mülkiyyətində olan kənd-təsərrüfatı torpaq sahəsinin privatizasiyasından başqa). Şikayətlə həmçinin İHHŞ statuslu dini təşkilatların kənd-təsərrüfatı təyinatlı torpağı privatizasiya yolu ilə almasının mümkün olmaması etiraz olunur. Qeyd olunan normaların qüvvədə olmalarına görə, İHHŞ dini azlıqlar təşkilatları bu günə qədər əllərində olan əmlakın sahibkarlıq hüququ ilə qeydiyyatdan keçirməsinə nail ola bilmirlər. Dövlət onların yenidənqurulması çərçivəsində belə mülkiyyəti yalnız faydalanmaq hüquqi ilə verir. Şikayət təmin olunduğu təqdirdə, Gürcüstan Provoslav kilsəsinin Gürcüstan Konstitusiyası ilə zəmanət olunan, qanunla verilən məziyyətləri məhdudlaşdırılan deyildir.

Məhkəmədə şikayətçi tərəf bu təşkilatlardan ibarətdir:
İHHŞ „Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi“
İHHŞ „Gürcüstan Evanqelçi-Baptist kilsəsi“
İHHŞ „Gürcüstan incil əqdiəli kilsəsi“
İHHŞ „Gürcüstan Evanqelçi – Luteran kilsəsi“
İHH"Gürcüstanda xristiyan ilahi kilsəsi“

Müsəlman icmasının içində etiraza səbəb bir neçə başqa məsələ yenə var:
Hakimiyyət heç bir təşkilata üstünlük verməməlidir, onlar qanun qarşısında onsuz da eynibərabərdirlər.
Narazılığın ikinci səbəbi odur ki, kimisə təyin etmək nəzarət deməkdir, zira sizin üçün əlverişli insanı gətirirsiniz ki, o da istədiyiniz kimi hərəkət edir.
Məsələ ondadır ki, hakimiyyətin dəyişməsi ilə Şeyx və ya müftüdə dəyişir. Bu da islam icmasının etibarını itirir. İcmanın bir təşkilat adı altında birləşməyə və yaxud başqa-başqa təşkilata ayrılmağa haqqı var. Təşkilatların fəaliyyət və çalışma haqqı var. Ancaq bunların hər hansınasa tərəfkeşlik etsən, əlbəttə ki belə bir təşəbbüs narazılıqla qarşılanacaqdır.
Narazılığın Üçüncü tərəfi müsəlmn kəntlərnin başlarna xaçların vurulmasıdır bu açıq açığına diskiriminasyadır bizlərə qarşı. Dördüncü olaraq rayaon rəbərlərnin tərəf tutması və hansısa bir qurumun ictimayyətə qəbul etdirilməsi üçün büccdədən pulların xərclənməsi. Ancaq uzunmüddətli bir perspektivdə dövlət dini zəmində olan azadlıqları,bərabərliyi və seçim hüququnu tanımasa və yalnızca bircə təşkilat qalsa bunun mənfi nəticələri hamıya toxunacaqdır.
Əgər seçim haqqını tanımırsansa, əgər dində fundamental dəyərlər qorunmursa, onda ümumiyyətlə hansı azadlıqdan danışa bilərik?!”

"GÜNDƏLİK-GÜRCÜSTAN",
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: