Gürcüstanda oktyabrın 21-də keçiriləcək seçkilər üçün 9.546.450 bülleten çap olunacaq Gürcüstan 15 Ekim Oktyabrın 21-də Gürcüstanda keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilər üçün 9.546.450 bülleten çap olunacaq. ZİM.Az-ın məlumatına görə, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının spikeri Anna Mikeladze bildirib. Anna Mikeladzenin sözlərinə görə, dünən başlayan çap bülletenləri prosesi bir neçə gün davam edəcək və 2 beynəlxalq və 6 yerli monitorinq təşkilatı olan 20 müşahidəçi onu MSK üzvləri ilə birlikdə izləyəcək.A.Mikeladze bildirib ki, bülletenlər Azərbaycan və erməni dillərində də çap olunacaq.Gürcü-Azərbaycan dilində çap olunacaq bülletenlər 208, gürcü-erməni dilində olan bülletenlər 133 seçki məntəqəsinə paylanılacaq. A.Mikeladze həmçinin bildirib ki, 4 seçki məntəqəsi üçün gürcü-Azərbaycan-erməni dillərində bülletenlər çap olunaraq məntəqələrə paylanılacaq."Cəmi 9,545 450 bülleten 9 mətbəədə çap olunacaq. Çap prosesi zamanı mətbəələrin seçilməsi, çap avadanlığının keyfiyyəti və mətbəənin təhlükəsizliyini nəzərə alınacaq. Qeyd edək ki, bütün seçilmiş printerlər CCTV kameraları ilə təchiz edilib ", - Anna Mikeladze bildirib.Oktyabrın 21-də bülletenlər üç rəngdə şap olunub seçicilərin ixtiyarına veriləcək. Bülletenlər mavi, çəhrayi və açıq yaşıl rənglərdə olacaq.Birinci-mavi rəngdə, partiyanın və seçki blokunun seçilməsi üçün,İkinci- çəhrayı rəngdə, bələdiyyə məclisinin (sakrebulo) majoritar üzvünün seçilməsi üçün;Üçüncü- açıq yaşıl bülleten - şəhər meri və ya özünü idarəetmə orqanının seçilməsi üçün.Oktyabrın 21-də keçiriləcək seçki siyahısında cəmi 3 440 123 nəfər seçici qeydiyyata alınıb.Qeyd edək ki, yeni seçki dəyişikliklərə əsasən indi deputatlar, rayon merləri 3 il deyil, 4 il müddətinə seçiləcəklər.Xatırladaq ki, Gürcüstan hökuməti yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirilməsinə 39 milyon lari (16,9 milyon dollar) maliyyə vəsaiti ayırıb.Nizami Məmmədzadə, jurnalistZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.