Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbaycanlı vətəndaşlarımız üçün...”

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbaycanlı vətəndaşlarımız üçün...” Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək.

Hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi bitərəf prezidentliyə namizəd
Salome Zurabişvili
azərbaycanlılara
müraciət edib.
O müraciətində bunları söyləyib:


“Gürcüstan prezidenti seçilsəm, azərbaycanlı vətəndaşlarımız üçün necə dövlət başçısı olacağımı demək istəyirəm. Əvvəla başqa vətəndaşlara qarşı olduğu kimi, onların da hüquqlarının, dilinin, mədəniyyətinin müdafiəçisi olacam. Dilin müdafiəsi nə deməkdir?!. Bu o deməkdir ki, hamının hüququ olmalıdır ki, ənənələrin, dinin, inamın, təcrübənin hər cür hüququ olsun. Bu hüquqlar prezident tərəfindən müdafiə olunmalı hüquqlara daxildir.

Eyni zamanda belə olmaz ki Gürcüstan prezidenti dövlət dilini müdafiə etməsin. Dövlət dili sizin hamınıza imkan verəcək ki, bu ölkədə məhz inteqrasiya olunmuş, bərabərhüquqlu olasınız. Tərəqqiyə nail olmaq üçün ilk növbədə təhsil almaq üçün imkanınız olsun. Məsələn, bilirəm ki, bu gün Gürcüstanda 3000-nə yaxın azərbaycanlı tələbə təhsil alır.

Lakin onu da bilirəm ki, Avropa İttifaqının Erasmus proqramları tələbələrə imkan verir ki, Avropanın müxtəlif universitetlərinə gedib təhsil alsınlar. Məhz elə azərbaycanlı tələbələr tərəfindən bu proqram nisbətən az istifadə olunub. Nəyə görə? Ona görə ki, onlara az məlumat çatdırılıb. Gürcüstan prezidentinin vəzifəsi olacaq ki, bu məlumatın bütün mövcud imkanların populyarlaşdırılmasını həyata keçirsin. Mən bütün bu hüquqlara təkan verən prezident olmaq istəyirəm”.


Salome Zurabişvili Azərbaycanla qonşuluq əlaqələrindən də söz açıb:

“Həmçinin, ölkəmizin sabitliyini qoruyub saxlamaq da çox vacibdir. Sabitlik üçün qonşumuz Azərbaycanla dostluq əlaqələrimizi davam etdirmək vacibdir. Bu, çox önəmlidir. Cənubi Qafqaz bizim ümumi bölgəmizdir. Hər iki ölkə vacib olan bölgədə sabitliyin qorunub saxlanmasıdır ki, biz inkişaf edək. Dünyada öz yerimizi tutaq. Həqiqətən bütün Qafqaz millətləri və ölkələri buna layiqdir”.

Gürcüstan Mərkəzi Seçki Komissiyasında (MSK) 25 nəfərin prezidentliyə namizədliyi rəsmi qeydiyyata alınıb.

Qonşu ölkədə prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.
Prezidentliyə 25 namizəddən 19-u siyasi partiyalar, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: