Azər Süleymanov Parlamentdə çıxış edərək, qəddar qatilə qoyulmuş heykəlin dərhal demontaj olunmasını tələb edib Gürcüstan, Tiflis, Borçalı, Siyasət 5 Şubat Bu gün - 2019-cu il fevralın 5-də 9-cu çağırış Gürcüstan Parlamentinin yaz sessiyasının ilk açılış iclasında Vahid Milli Hərəkat partiyasından olan millət vəkili, hər zaman millətimizin vuran əli, danışan dili olan dəyərli soydaşımız Azər Süleymanov çıxış edərək, Cavaxet bölgesinin Axalkalaki rayonundakı Buğaşen kəndində terrorist ermeni Mixail Avakiana abidə-heykəl ucaldılmasını qəti şəkildə pisləyib, sözü gedən heykəlin qısa bir zamanda sökülməsini tələb edib və höküməti bununla bağlı ciddi addım atmağa çağırıb. Azər Süleymanov bildirib ki, bu provokasiya birinci növbədə, məhz seperatçılıqdan əziyyət çəkən Gürcüstanın dövlətçiliyinə qarşı yönəlib. Deputat vurğulayıb ki, ən pisi budur ki, dost Azərbaycan xalqının matəm günü olan 20 yanvarda Gürcüstan dövlətinin deputatlarının - məhz hakim partiyanın erməni deputatlarının, Axalkalaki merinin, Axalkalaki bələdiyyə sədrinin, yerli icra və bələdiyyə nümayəndələrinin, eləcə də Ermənistanın ölkəmizdəki səfirinin iştirakı ilə əli Xocalıda günahsız insanların qanına batmış qatilə heykəl qoyulması həm azərbaycanlılara, həm də bütün Gürcüstan əhalisinə hörmətsizlikdir: “Nəyə görə məhz bütün dünya Azərbaycanlılarının hüzün günü olan yanvarın 20-də Gürcüstan torpağında əli yalın insanlara qarşı vuruşan, Xocalıda dinc insanları qətlə yetirən və Azərbaycan xalqının qəddar düşməni olan separatçı Mixail Avaqiyana heykəl qoyulub? Bu, xalq arasında böyük bir narahatçılıq və ajiotaj yaradıb. Xalq qəddar qatilə qoyulmuş heykəlin dərhal demontaj olunmasını tələb edir." Parlamentin sədri - spiker İrakli Kobaxidzeyə müraciət edən Azər Süleymanov daha sonra deyib:"Cənab Kobaxidze, mən sizdən bu cavab istəyirəm ki, niyə sizin deputatlarınız orada iştirak ediblə və istəyirəm ki, siz buna qiymət verəsiz”. “Cənab Kobaxidze, bizim xahişimiz odur ki, Gürcüstanın imicinə yaxşı olmayan abidə oradan götürülsün və bu kimi hallar Gürcüstanda bir daha təkrarlanmasın”.Parlamentin sədri İrakli Kobaxidze isə çıxışında bildirib ki, biz istəmərik ki, ölkələrimiz arasında bu kimi hallar əlaqələrimizə dostluğumuza zərər gətirsin düşünürəm ki, biz bu məsələ ilə bağlı iki ölkə arasında müzakirələr aparacağıq və imkan verməyəcəyik ki, mövcud olan möhkəm əlaqələrimizə mənfi təsirlər etsin. P.S. : Yeri gəlmişkən, Gürcüstanda deputat seçkisi zamanı Azərbaycanın bir sıra görkımli ziyalıları ilə birlikdə dəyərli soydaşımız Azər Süleymanova dəstək olmaq üçün Borçalıda yaşayan yurddaşlarımıza ünvanlanmış müraciətə biz də imza atdığım üçün az qala bizi xalq düşməni elan edənlərə müraciət edərək onlardan aşağıdakı suallarımızı cavablandırmalarını xahiş edirik:Bəs deyirdiniz ki, Azər Suleymanov gürcü dilində bilmir??...Bəs deyirdiniz ki, Azər Suleymanov Parlamentdə həmişə ağzına su alıb oturur??..Bəs nooldu??!!..Heç olmasa indi gördünüzmü ki, əsl xalqını ürəkdən sevən, sözün əsl mənasında Millətinin vəkili kimdir?!!Və ya, əsl xalq düşmənin kim olduğunun fərqindəsinizmi?Gördünüzmü, həmişəki kimi, yenə də ilk rəsmi etiraz məhz sözün əsl mənasında Millətinin vəkili olan hörmətli Azər Süleymanovda gəldi.Var ol, dəyərli eloğlumuz!..Min yaşayın, hörmətli Azər Süleymanov!..Sizə şərəfli şəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,Natiq HÜMBƏTOV,ZiM.AzMy WebpageMy Webpage. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.