TƏBRİK EDİRİK!.. Başkeçid, Təbriklər 29 Şubat SEYRAQİF COCULU - 60Bu gün dəyərli soydaşımız, istedadlı qələm sahibiSeyraqif Coculunun Ad günüdür. Daha doğrusu, anadan olmasının60 illik Yubileyidir.Biz də hörmətli Seyraqif Coculunu Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Aşağıda isə onun bir şeirini oxucularımıza təqdim edirik. Müşfiq BORÇALI. DÖRD İLDƏ BİR DƏFƏ AD GÜNÜM OLURFevralın iyrimi doqquzundadır,Dörd ildə bir dəfə ad günüm olur.Qohumlar, qonşular yığışıb gəlir,Danışıb- gülürlər, şad günüm olurDörd ildə bir dəfə ad günüm olur.Illərim nə qədər tez gəlib keçdi,Ömürdən doymadım, az gəlib keçdi,Qəddim əyilmədi düz gəlib keçdi,Bəzən doğma, bəzən yad günüm olur,Dörd ildə bir dəfə ad günüm olur.Hərdən günlərimi bada vermişəm,Atəşdən keçmişəm, oda vermişəm,Səs salıb aləmə səda vermişəm,Hərdən nəs, hərdən də bəd günüm olur.Dörd ildə bir dəfə ad günüm olur.Bəzən də günlərim boşa gedibdir,Uğursuz cütləşib qoşa gedibdir.Baharım dönübdür qışa gedibdir,Yadımda qalmayır zad günüm olur.Dörd ildə bir dəfə ad günüm olur.Həyatım haqqımı almaqla keçib,Döyüşkən, mübariz olmaqla keçib,Idrakla doğrunu bulmaqla keçib,Alovlu-atəşli od günüm olur.Dörd ildə bir dəfə ad günüm olur.Gəlib altımışa çatıbdır yaşım,Heç də düz getməyib yollarda işim,Çox əyləncələrə qarışıb başım,Bəzən yumşaq, bəzən cod günüm olur.Dörd ildə bir dəfə ad günüm olur.Bəzən arzularım qanad çalıbdır,Şeirdən, sənətdən ilham alıbdır,Coculu dönübdür şair olubdur,Şirinli-şəkərli dad günüm olur.Dörd ildə bir dəfə ad günüm olur.Şəkildə: 60 İLLİK YUBİLEYİNİ AİLƏSİNDƏ QEYD EDƏN SEYRAQİF COCULU nəvələri TURXAN və SƏMA ilə...Seyraqif Coculunun şeirləri Burada: - My Webpage. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.