= = = = = Ruhun şad olsun, Mustafa Əmiraslan oğlu və Güllü Əmiraslan qızı!.. = = = = = = = Başkeçid, Nekroloqlar 30 Mart Qədim Borçalı mahalının əsrarəngiz gözəl təbiətilə məşhur olan Başkeçid (indiki Dmanisi) rayonundakı Qızıl-kilsə kəndində dünyaya göz açmış Səlimov Mustafa Əmiraslan oğlu nəinki doğma Qızıl-kilsədə, eləcə də Başkeçiddə, hətta bütün Borçalı ellərində - Gürcüstanda və daha sonralar isə Bakıda da böyük hörmət və nufuz qazanmışdır. Təəssüflər olsun ki, bu günlərdə elimin-obamın dəyərli oğlu Mustafa Əmiraslan oğlu Səlimov vəfat etmiş, cəmi 10 gün sonra isə bacısı Güllü Əmiraslan qızı dünyasını dəyişmişdir. Mustafa Əmiraslan oğlunun və bacısı Güllü Əmiraslan qızının vəfatından kədərləndiyimi bildirir, onların ailə üzvlərinə, bütün yaxınlarına, əzizlərinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin!..Ruhu şad olsun!..Aşağıda Mustafaya həsr etdiyim şeiri oxucularımıza təqdim edirəm.MUSTAFA Yaxşıların naxışıydı,Yaxşılardan yaxşıydı.Ər igidlər başıydı,Başkeçiddə xoş səfası,Əmiraslanın Mustafası.Xoş arzu, xoş diləkliydi,Gen süfrəli çörəkliydi,Dost-tanışlı, ürəkliydi,Bu dünyanın yox vəfası,Əmiraslanın Mustafası.Qazanıbsan eldə hörmət,Buta sənə dilər rəhmət.Məzarın pir, yerin cənnət,Olsun ay atam balası,Əmiraslanın Mustafası. Səadət BUTA,"Şöhrət" ordenli şairə,"Abdulla Şaiq" mükafatı laureatı.DOSTULU MUSTAFAƏmiraslan oğludu,Qəlbi sevinc doludu,Hörmətlidi - uludu,O Dostulu Mustafa!Səxavətin kanıdı,Qohumların canıdı,Kəndin şöhrət – şanıdı,O Dostulu Mustafa!Toyumuzda oynayıb,Bulaq kimi qaynayıb,Sağ-sola pul paylayıb,O Dostulu Mustafa!Bacarırdı hər işi,Olmayıbdı təşvişi,Eyləyib çox təftişi,O Dostulu Mustafa!Zirvələrdə dayanıb,İladiyi hey anıb.Çoxlu savab qazanıb,O Dostulu Mustafa!İladi Öməroğlu,“Qızıl Qələm” mükafatı laureatı. REDAKSİYADAN:“Ziya” qəzetinin və Zim.az saytının Baş redaktoru Müşfiq Borçalı Mustafa Əmiraslan oğlunun və bacısı Güllü Əmiraslan qızının vəfatından kədərləndiyini bildirir, mərhumların ailələrinə, bütün yaxınlarına,əzizlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir.Allah rəhmət eləsin!..Ruhu şad olsun!... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.