"LUKoyl" Başkeçidli vitse-pezidenti

"LUKoyl" Başkeçidli vitse-pezidenti
BU MƏNİM BORÇALIMDIR!..

MƏŞHUR İŞ ADAMI,
TANINMIŞ İQTİSADÇI-ALİM və
ZƏHMƏTKEŞ İNSAN


VAHİD ŞƏRİFOV

iqtisa­diyyat elmləri doktoru,
Rusiyanın Əməkdar neftçisi


(1945)


Vahid Sədi oğlu Şərifov 1945-ci ildə qədim Başke­zid­də - indiki Gür­cüstan Res­pub­­likası­nın Dma­nisi ra­yonun­da­kı Armudlu kəndin­də ana­dan olub.
1963-cü ildə həmin rayo­nun Ki­rov kən­­­din­dəki orta məktəbi Qızıl me­dalla bitirib.
Elə həmin il M.Əziz­­­bə­yov adına Azər­­­baycan Döv­lət Neft-Kimya İnsti­tu­tunun neft-kimya fakültəsinə daxil olub, 1968-ci ildə ora­­nı Fərqlənmə dip­lomu ilə bitirərək tə­yinatla keçmiş SSRİ-nin Yaroslavl şə­hərinə göndərilib.

O, hələ gənc ikən, 1973-cü ildə Vol­qoqrad vilayə­tinin Voljsk neft baza­sı­na baş mühəndis vəzi­fəsinə tə­yin olu­nub.
Neft-qaz səna­yesinin yüksək dərə­cəli ali mü­tə­xəssisi kimi Vahid Şə­rifov üç illiyə Anqola ölkə­­sinə ezam edi­lib.
Burada təcrü­bəli mü­təxəssis kimi öz üzə­rinə düşən vəzifəni layiqincə ye­rinə yetirərək, həm öl­kə­sinin, həm də mil­lətinin etimadını doğrul­dub.

1986-cı ildən “Volqoqrad Neft Məhsulları” idarə­sinin rəi­si vəzifəsində çalışan Vahid Şə­rifov 1993-cü ildə “LU­Koyl NŞ Volqoqrad Neft Məh­sul­ları” səhmdar birliyinin baş direktoru, 1994-cü ilin iyun ayın­da isə “LUKoyl” NŞ Maliy­yə kom­paniyasının vit­se-pre­zi­den­ti vəzifəsinə təyin olu­nub.
Bir müd­dət bu vəzifədə işlə­dik­dən sonra o, Mos­kva şə­hərində neft-qaz sa­həsində yeni bir vəzifəyə dəvət oluna­raq burada Rusiya döv­lətinin “Əmək­dar neftçisi” adına layiq gö­rü­lüb.

Vahid Şərifov neft iqtisadiyyatının dirçəlməsində yalnız öz əməli işiylə deyil, həm də bu sahədə yazdığı elmi əsərləri ilə də xüsusi olaraq seçilir.
1996-cı ildə yazdığı “Bazar şə­raitində effektiv idarə­et­mə” adlı elmi əsərində müəssisə­lərdə marketinq xidmə­ti­nin təşkili yollarından geniş söhbət açır.
1999-cu ildə yazdığı “Neft kompaniyasının təşkilat və ida­rələrinin transformasiya olunmuş Rusiya iqtisadiy­yatın­da bazar formaları” elmi işində təşkilat və idarələrin işinin müa­sir iqtisadi tələblərə uyğun səviyyədə təşkil edilmə­sindən danışılır.

V.Şərifovun “Benzin çayları haradan axır” adlı ki­tabı da elə bu qəbildəndir.

O, Neft-qaz səna­ye­si sa­hə­sində yaz­dığı bu üç fun­damental elmi kitab­larla ya­naşı, yüz­lərlə qəzet və jurnal məqalələrinin də müəllifi­dir.

Vahid Şərifov bu elmi kitablarına görə bir neçə orden və me­dallarla təltif olunub.
O, həm də 2000-ci ildə “Bö­yük Neft Kompaniyasının inkişafının strategiyası və onun kiçik və orta bizneslə əlaqəsinin mexanizmi” möv­zu­sunda dok­tor­luq dis­sertasiyası müdafiə edib, iqtisa­diyyat elmləri dok­toru elmi adına layiq görülüb.

Qeyd etmək lazımdır ki, V.Şərifov həm də fəlsəfə elmləri dokto­rudur.

1996-cı ildə “LUKoyl” Neft Şirkətinin Maliyyə Kompa­ni­yası ABŞ-ın Alabama ştatının Birminqam şəhərindəki bey­nəl­xalq konsultativ sovetin “Amerika xalqının elçiləri” proq­ramı çərç­ivəsində “Sosial-siyasi krizis şəraitində iq­tisadi in­kişaf və dir­çəlişə görə” mükafatına, V.Şərifov isə Birmin­qa­mın “Qızıl Mə­şəl”inə layiq görülüb.
1999-cu ildə çapdan çıx­mış “Rusi­yanın siyasi tarixi” en­sik­­lopediyasında V.Şə­ri­fo­­vun adı Rusi­yanın görkəmli şəx­siyyətləri sırasına daxil edilib.
Hazırda neft-qaz sahəsində geniş və səmərəli fəaliyyət gös­­tərən Vahid Şərifov Moskvada yerləşən dünya şöhrətli “LUKoyl” Neft şirkətinin vitse-prezidenti vəzifəsində ça­lı­şır.

"LUKoyl" Başkeçidli vitse-pezidenti
Biz də ona - elimizin-obamızın ləyaqətli övladı, dəyərli soydaşımız, yursevər və vətənpərvər eloğlumuz,
məşhur iş adamı, tanınmış iqtisadçı-alim, zəhmətkeş tədqiqatçı, qayğıkeş və xeyirxah insan,
çox hörmətli filosof-ziyalı Vahid Sədi oğlu Şərifova
uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında,
elmi yaradıcılığında, əmək və ictimai fəaliyyətində,
bir sözlə, bütün işlərində
yeni-yeni uğurlar
arzula­yı­rıq!..

Müşfiq BORÇALI,
“Şərqin səsi” qəzeti, aprel, 2002.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: