Elimizin fəxri - Eyvaz Rəhimov Başkeçid, Unutsaq, unudularıq!.. 21 Haziran Rəhimov Eyvaz Aslan oğlu - 5 fevral 1936-cı ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Qızılkilsə kəndində dünyaya göz açıb. Başkeçidin sayılıb-seçilən hörmətli insanlarından biri olub. O, uzun illər Başkeçiddə - indiki Dmanisidə milis sistemində məsul vəzifələrdə çalışıb, o cümlədən, düz 30 il 1956-1986-cı illərdə sahə müvəkkili işləyib. Dəfələrlə kənd sovetinin deputatı seçilib. SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Əla xidmətə görə" medalı ilə təltif olunub.Səadət Buta, Səringül Sadə və İladi Öməroğlunun yazdıqlarına əsasən deyə bilərik ki, Eyvaz ilə, təkcə öz elliləri olan Qızılkilsəlilər yox, onlarla bərabər, bütün hamı - bütün Başkeçidlilər də fəxr edirdilər. Kimin nə çətin işi olardısa, Eyvaza müraciət edərdi. O, hamıya köməklik göstərərdi. Rəhimov Eyvaz elin adamı, elin ağsaqqalı idi. Eyvaz kişi bu gün də unudulmayıb, onun adı və əziz xatirəsi yenə ürəklərdə yaşayır. İladi Öməroğlu "EYVAZIN" sərlövhəli şeirində yazıb:Başkeçidin olub canı,Qəlbi təmiz saf insanı.Dilə düşüb şöhrəh-şanı,Ruha qanad – pər Eyvazın.Yaylaqlarda izi qalıb,Bulaqlarda közü qalıb.El içində sözü qalıb,Dağlar oğlu - ər Eyvazın.Qoruyurdu asayişi,Yoxdu onun kimi kişi.Danışılır yaxşı işi,Güc-qüvvətdə nər Eyvazın.Qurban Əziz Qardaşıydı,İgidlərin o, başıydı,Yüzü dostu-sirdaşıydı,O sərvərin – sər Eyvazın.Çoxlarına olub ibrət,İladidə deyir, əlbət,Görüm yeri olsun cənnət,Məsəlləri zər Eyvazın.Və BİR GÜLMƏCƏ...Anası ölmüş...Rəhimov Eyvaz Dmanisidə milis sistemində işləyən zaman qohumlarından biri onun anası, Zöhrə xaladan soruşur:-Necəsiniz. Eyvazın işi yaxşıdırmı?Zöhrə xala:-Anası ölmüş neyləsin, dalaşan yox, döyüşən yox. İşi necə yaxşı olsun.Allah ona rəhmət eləsin...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.