SOYDAŞIMIZ İJEVSK ŞƏHƏR DUMASINA DEPUTAT SEÇİLİB Başkeçid, Diaspora 12 Eylül TƏBRİK EDİRİK!..Əslən qədim Borçalının Başkeçid rayonundakı Orməşən kəndindən olan dəyərli soydaşımız Bəhruz Əli oğlu Hümbətov Rusiya Federasiyasının İjevski şəhər dumasına deputat seçilib. Onu bu münasibətilə öz adımdan, eləcə də bütün ormeşənlilər və borçalılılar adından ürəkdən təbrik edir və ona işlərində yeni-yeni uğurlar arzulayırıq!.. Hörmətlə, Gündüz Qaralov.REDAKSİYADAN:Xatırladırıq ki, Bəhruz Əli oğlu Hümbətov - 1978-ci il noyabrın 26-da qədim Borçalı mahalının Başkeçid rayonundakı (indiki Gürcüstanın Dmanisi rayonundakı) Ormeşən kəndində anadan olub. Ali təhsillidir. Udmurt Dövlət Universitetinin Hüquq, Sosial İdarəetmə və Təhlükəsizlik İnstitutundan hüquq fəlsəfəsi üzrə magistr dərəcəsini bitirib.Artıq on ildir ki, ictimai-siyasi fəaliyyətlə məşquldur.2008-ci ildən indiyədək - "Vahid Rusiya" (rus. Единая Россия) Partiyasının üzvüdür.2008-ci ildən - 2011-ci ilədək - Udmurtiya "Dostluq" İctimai Mərkəzinin regional ictimai təşkilatının sədri və Udmurt Respublikasında Federal Miqrasiya Xidməti İdarəsinin İctimai Məsləhət Şurasının üzvü olub.2016-cı ildən indiyədək - Daxili İşlər Nazirliyi yanında Udmurt Respublikasının İctimai Şurasının üzvüdür.2018-ci ildə Rusiyada Azərbaycan Təşkilatları İttifaqının Federal Şurasının və Rusiyada, Moskvada azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyətinin üzvü seçilib.2018-ci ildən İjevsk şəhər Dumasının deputatıdır.Dəyərli soydaşımız Bəhruz Hümbətova biz də yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.