İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov

İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov Borçalı mahalı hərzaman istedadlı insanları ilə tanınmışdır.
Yurdumuz idmanın bir çox növlərində
bəşəriyyətə tanınmış simalar bəxş etmişdir.
Bu simalardan biridə yunan-roma güləşi üzrə
iki qat SSRI çempionu,
iki qat Dünya çempionu,
üç qat Avropa çempion,
Dünya kuboknun sahibi,
FILA qramprisinin qalibi,
Olimpiya çempionu Kamandar Məcidovdur.


Kamandar Bafalı oğlu Məcidov -
17 Oktyabr 1961-cü ildə
qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi)
rayonundakı Hamamlı kəndində anadan olmuşdur.

1973-cü ildən yunan-roma güləşi ilə məşğul olmağa başlamışdır.

İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov 1975-ci ildə Bakıda idman internatına qəbul olunmuşdur və güləş kariyerasını burada davam etdirmişdir.
1982-ci ildə Minsk şəhərinə köçərək Belarusiya Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Həmin tarixdən etibarən Belarusiyanın adından çıxış etməyə başlamışdır.

1982-ci ildə Minskdə "Gənclərin Ümumittifaq yarışları-82"-nin qalibi olmuş.

1983-cü ildə gənclər arasında SSRİ çempionu olmuş.

1983-cü ildə SSRİ çempionatında bürünc medal qazanmış.

1983-cü ildə İvan Poddubnın xatirəsinə həsr olunmuş turnirin qalibi olaraq SSRİ yığma komandasına daxil edilmişdir.

Kamandr Məcidov 1984-cü ildə SSRİ yığma komandasının tərkibində İsveçin Yençepinq şəhərində 62 kq çəkidə Avropa çempionu olub.

1984 -cü ildə Dosdlug-84 turnirinin qalibi olmuş.

1985-ci ildə Leypsiqdə ikinci dəfə həmin çəkidə Avropa çempionatında qızıl medal qazanib.

Kamandar Məcidov "Əməkdə fərqlənməyə görə" medalına və "SSRİ-nin əməkdar idman ustası" adına layiq görülmüşdür.

1985-ci ildə Dünya çempionatında səkkizinci olur.

1986-cı ildə Budapeştdə 62 kq çəkidə Dünya çempionatının qızıl medalını qazanır.

İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar MəcidovKamandar Məcidov 1987-ci ildə Dünya çempionatının gümüş, FILA qranprinin bürünc medallarına sahib çıxır.

1988-ci il FILA qranprinin qalibi olur.

1988-ci il Seulda Yay Olimpiya oyunlarında SSRI yığmasının tərkibində Olimpiadanın qızıl medalını qazanır və planetin bu çəkidə ən güclüsü olur.

Kamandar Məcidov 1989-cu ildə Martinidə Dünya çempionatının ikinci dəfə qalibi olaraq qızıl medala sahib olur.

1990-cı ildə isə kariyerasında ilk dünya kubokunu qazanaraq çempionluq sevincini yaşayır.

1991-ci ildə Aşaffenburqda üçüncü dəfə Avropa çempionu olur.

1992-ci ildə sonuncu SSRİ çempionatının qızıl medalnı qazanır.

1993-cü ildə ardıcıllıqla Avropa çempionatında bürünc, Dünya çempionatında isə gümüş medalları qazanır.

1996-cı ildə Atlanta Olimpiya oyunlarında dördüncü, və Avropa çempionatında səkkizinci yerə çixir.

Kamandar Məcidov idman kariyerasında çox böyük naliyətlər qazanmış bir güləşçi olmuşdur.
İdman kariyerasından sonra məşqçilik fəaliyyətinə başlamışdır.

1998-ci ildən Belarus güləş yığmasına rehbərlik etmişdir.

1999-2000-ci illərdə Qazaxıstan yığmasında baş məşqçilik edib.

2002-2003-cü illərdə yenidən Belarus güləş yığmasında baş məşqçilik edib.

2004-cü ildə Yunanıstan,
2005-ci ildə isə Türkiyə millilərində məşqçilik edib.

Kamandar Məcidov tanınmış bir idmançı olmaqla yanaşı, həmdə cox zəngin bir məşqçilik fəaliyyəti olmuşdur.
Hal-hazırda Minsk Dövlət Universitetinin fiziki hazırlıq kafedrasının müəllimidir, Minsk şəhərində yaşayır.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: