XIDIRNƏBİ QARALOV (1949)

XIDIRNƏBİ QARALOV  (1949) TƏBRİK EDİRİK!..

Bu gün tanınmış iqtisadçı,
bacarıqlı dövlət qulluqçusu,
sevimli el ağsaqqalı
Xıdırnəbi Qaralovun doğum günüdür!
Daha doğrusu, yubileyidir!
Anadan olmasının 70 illik yubileyi!
Biz də "ZİYA"nın və "ZiM.Az"-ın
bütün yaradıcı heyəti adından
çox hörmətli Xıdırnəbi müəllimi
yubileyi münasibətilə
ürəkdən təbrik edirik,
ona uzun ömür, möhkəm cansağlığı
və şərəfli fəaliyyətində yeni-yeni
uğurlar arzulayırıq!..



Xatırladırıq ki,
Xıdırnəbi Həmid oğlu Qa­ra­lov -
1949-cu ilin 13 fevra­lında qə­­­dim Borçalı mahalının
Başke­çid (indiki Gürcüstanın Dmanisi) rayonundakı
Ormeşən kən­dində ana­­­­­dan olub.
1964-cü ildə Or­­­meşən 8-illik mək­təbini,
1966-ci ildə Darvaz orta mək­­tə­bi­ni bi­tir­ib.
Elə hə­min ildə Azər­­baycan Dövlət Xalq Təsər­rüffatı İnsti­tutuna daxil olub, oranı 1970-ci ildə fərqlənmə diplomu ilə başa vurub.
1970-1971-ci illər­də Bakı Elektrik Maşın­qayırma Zavo­dunda iq­ti­sadçı vəzi­­fə­sində çalışıb, sonra hərbi xid­mətdə olub.
Uzun müddət (1976-1992-ci illərdə) Azərbaycan Dövlət Plan Ko­mi­təsi siste­min­də işləyib.
Əvvəlcə Dövlət Plan Komitə­sinin Elmi-Təd­qiqat İnstitutunda elmi işçi kimi, sonralar Dövlət Plan Komitəsinin özündə (mər­kəzi aparatında) baş mütə­xəssis vəzifəsində çalışıb.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezi­den­­ti Aparatında şöbə müdirinin müavini;
1993-1996-cı illərdə Azərbaycan Respublikasının Döv­lət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək
Komitə­si­nin sədr müavini
vəzifələrində işləyib.

1996-cı ildən Azərbaycan Respublikası Prezidenti Ad­mi­nistrasiyasının iqtisadi şöbəsində
baş məsləhətçi
və­zi­fə­­sində fəaliyyət göstərir.

İqtisadi məsələlərə dair 30-a yaxın elmi əsərin müəl­lifi­dir.
Məqaləri Bakı və Moskvada çıxan elmi jurnallarda çap olunub.

Müşfiq BORÇALI,
ZİM.Az



Bax: Müşfiq Borçalı. Sazlı-Sözlü Başkeçid.
II cild. Bakı, 2015, səh.213-214.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: