ELOĞLUMUZ CAVANŞIR Gürcüstan » Başkeçid 23 Mayıs Dəyərli eloğlumuz,Polis general-mayoru,hörmətli Cavanşir Məmmədovahəsr edirəmVətən üçün, çalışıbdı hər zaman, Çox hünərli eloğlumuz Cavanşir. Çətinliyə sinə gərib çox zaman, Çox dəyərli eloğlumuz Cavanşir. Zamananın ələyində, ələnib, Sevincinə, həm qəminə bələnib, Zirvələrdə dayanaraq, əylənib, Çox dəyərli eloğlumuz Cavanşir. Arxasını el-obaya dayayıb, İki əsr, iki ömür yaşayıb, Ər doğulub, ər adını daşıyıb, Çox dəyərli eloğlumuz Cavanşir. Örnək olub ögeylərə, yadlara, Dar günlərdə çox çatıbdır dadlara, Layiq olub, uca - yüksək adlara, Çox dəyərli eloğlumuz Cavanşir. Pillə-pilə əməyilə ucalıb, Ucaldıqca zamanadan bac alıb, Deməyin ki, yaşa dolub, qocalıb… Çox dəyərli eloğlumuz Cavanşir. Öz adını, hörmətini saxlayıb, Çeşmələr tək çağladıqca, çağlayıb, El-obayla gözəl ülfət bağlayıb, Çox dəyərli eloğlumuz Cavanşir. Rahilənin sözü güllər ətridi, Eloğluna hörmətidi, xətridi Borçalının, Şahmarlının fəxridi, Çox dəyərli eloğlumuz Cavanşir.Rahilə QARALOVA,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.