Abbas Həsən oğlu Usubov (1907-1982) Başkeçid, Unutsaq, unudularıq!.. 10 Ağustos UNUTSAQ, UNUDULARIQ!..Tarixlərə yazılan Abbas kişiAbbas Həsən oğlu Usubov - 1907-ci ildə qədim Borçalı mahalının Başkeçid elində - indiki Gürcüstanın indiki Dmanisi rayonundakı Yuxarı Orzuman kəndində anadan olmuşdur. Ailədə 6 uşaq olublar, ən kiçiyi Abbas olmuşdur. Valideynləri maldarlq və əkinçiliklə məşğul olmuşdur. Böyük qardaşları Məhərrəm və Hüseyn qoyunçuluqla məşğul olmuşdular. O dövrdə təhsil problemi olduğu üçün Abbas Həsənoğlu çox çətinliklər çəkmişdir. İbtidai məktəblərdə dərs almışdır. Buna baxmayaraq rus və gürcü dillərini öyrənmişdir. Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Abbas Həsən oğlu təhsil almış və rayonun ictimai-siyasi həyatında fəal iştirak etmişdir. O, üç təsərrüfatı birləşdirən kolxoz yaratmışdır.Abbas Usubov 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılmış, Tbilisi şəhərində siyasi rəhbər kursunu bitirmiş, ona leytenant rütbəsi verilmiş və o müharibəyə - ön cəbhəyə yollanmışdır. 3 il Leninqrad cəbhəsində vuruşmuş, dəfələrlə yaralanmışdır. O, müalicə aldıqdan sonra yenidən cəbhəyə getmişdir. Kerç yarmadasının azad edilməsində fəal iştirak etmişdir. Bir neçə dəfə medallarla təltif olunmuşdur və 1945-ci il noyabrın 17-də II qrup müharibə əlili kimi kapitan rütbəsində ordudan təxris olunmuşdur. Müharibədən sonra uzun müddət Başkeçid rayonunda hərbi komissar vəzifəsində çalışmışdır. Təqaüdə çıxdıqdan sonra isə Abbas kişi bir çox vəzifələrdə işləmişdir: Tikinti trestinin müdiri, kənd sovetinin sədri, rayon iaişə idarəsinin müdiri və s. Abbas Usubov Dmanisi rayonunda çox böyük nüfuza malik olmuşdur. Rayon və kənd əhalisi ona çox yüksək qiymət vermişdir. O, çox parlaq, ziyalı, vətənpərvər, əl tutan olmuşdur. O, Dmanisi rayonunun və Yuxarı Oruzman kəndinin abadılaşdırılması üçün çox böyük əmək sərf etmişdir. Azərbaycanda mesenat kimi Zeynalabdin Tağıyevi biz həmişə fəxrlə xatırlayırıq. Abbas Usubov da Zeynalabdin Tağıyev kimi öz doğma rayonunun və kəndlərinin problemlərini həll etmək üçün çox çalışmışdır. O da Dmanisinin Mesenatı idi. Abbas kişinin gördüyü işlərdən bir neçəsini sadalasaq, gələcək nəsillər onun haqqında tam təsəvvürə malik olacaqdırlar: 1. 12 km su xəttinin çəkilişi. (Borular Mingəçevir boru prok zavodundan alınmışdır).2. Yuxarı Oruzman kəndində 2 körpünün tikilməsi.3. Güney və Çayır deyilən otlaq sahələrinin alınaraq kənd əhalisinin ixtiyarına verilməsi və s. Bundan əlavə o, həmişə yoxsullara, yetimlərə, imkansızlara maddi və mənəvi dəstək olmuşdur. Abbas Usubov əsl el ağsaqqalı idi. Əhalinin bütün problemlərini ədalətlə həll edərdi. Onun gözəl ailəsi vardı. Ömür-gün yoldaşı Sona xanım əsl azərbaycanlı qadını idi. Belə bir deyim var: "İnsanda hər şey gözəl olmalıdır" - bu sözlər sanki Sona xanım üçün deyilib. Abbas kişinin Sona xanımla evliliyindən bir qızı və bir oğlu dünyaya gəlmişdir. Qızı Usubova Mariya Abbas qızı 1935-ci ildə anadan olmuşdur. Yaxşı təhsil almış, təhsil sistemində çalışmışdır. O, təhsilə böyük qiymət vermişdir. Sona xanım çox mərd, vətənpərvər ədalətli insan idi. Həyatdan çox tez köçdü. Sona xanıma "Allahdan rəhmət diləyir, yeri cənnət olsun", - deyirik.Oğlu Usubov Sədrəddin Abbas oğlu 1936-cı ildə anadan olmuşdur. O, Rusyada ali təhsil almış, Moskva şəhərində dissertasiya müdafiə edərək alimlik dərəcəsi qazanmışdır. Bir çox vəzifələrdə işləmişdir. Hazırda təqaüddədir. El-obada el ağsaqqalı kimi böyük hörmət və nüfuz qazanmış Abbas Həsənoğlu həm də saz-söz vurğunu olmuş, özü də gözəl saz havaları ifaçısı kimi tanınmışdır.Abbas Usubov 1983-cü ildə vəfat etmiş, haqqın dərgahına qovuşmuşdur. O, özü tarix yaratdı və tarixdə qaldı. Ruhun şad olsun, Abbas kişi.Allah rəhmət eləsin.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.