ŞƏRƏFLİ ÖMÜR YOLU... FAİQ ŞAHBAZLI – 70

ŞƏRƏFLİ ÖMÜR YOLU...  FAİQ ŞAHBAZLI – 70
TƏBRİK EDİRİK!..

Bu gün Azərbaycanın Qabaqcıl təhsil işçisi, xalqımızın dəyərli ziyalısı, tanınmış dilçi-alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU-nun) nəzdindəki Sənaye və Texnologiya Kollecinin direktoru, Əməkdar müəllim, çox hörmətli Faiq Şahbazlının 70-ci yaşı tamam olur.


Faiq Şaban oğlu Şahbazlı - 1955-ci il aprelin 25-də Dəvəçi (indiki Şabran) rayonunun Orta Əmirxanlı (indiki Vələsli) kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olub. 1978-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurub. Öz xahişi ilə Qubanın Xaltan kənd orta məktəbinə göndərilib. Bu məktəbdə müəllim, direktor müavini və direktor işləyib. 1981-ci ildə Bakıya köçüb, 83 nömrəli məktəbdə direktor müavini işləyib. Altı aydan sonra APİ-nin aspiranturasının əyani şöbəsinə daxil olub. 1986-cı ildə professor Afat Qurbanovun rəhbərliyi ilə “Azərbaycan dilçiliyinin inkişafında professor Ə.Dəmirçizadənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. APİ-nin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim və dosent vəzifələrində işləyib. 1995-ci ildə Dəvəçi Rayon İcra Hakimiyyətində şöbə müdiri işləyib. Qısa müddətdən sonra yenidən APİ-yə qayıdıb. 1997-ci ildə Təhsil Nazirliyinin Elm İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Bir müddət burada işlədikdən sonra Dərslik və nəşriyyat şöbəsinə köçürülüb. 2006-cı ildən bu şöbənin müdiri vəzifəsində çalışıb. 2015-ci ildə Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsinə keçirilib.

Təhsil Naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Faiq Şaban oğlu Şahbazlı Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il 250 nömrəli qərarına əsasən, Bakı İdarəetmə və Texnologiya Kolleci ADNSU-nun nəzdində publik hüquqi şəxs statusuna malik olan Sənaye və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilib.

ŞƏRƏFLİ ÖMÜR YOLU...  FAİQ ŞAHBAZLI – 70 Uzun illər boyu həm müəllim, həm pedaqoq, həm alim, həm də təcrübəli təşkilatçı və bacarıqlı rəhbər kimi Azərbaycanın təhsil sisteminin inkişafına və müasirləşməsinə əhəmiyyətli töhfələr vermiş Faiq müəllim daim öz üzərində çalışır, təhsil sahəsindəki yenilikləri davamlı şəkildə rəhbərlik etdiyi təhsil müəssisəsinə tətbiq edir. Məhz bu yeniliklərin nəticəsidir ki, onun rəhbərlik etdiyi təhsil müəssisəsində təhsilin keyfiyyəti son illərdə daha da yüksəlmiş, müasir tədris metodları tətbiq olunmuş və tələbələrin təcrübə qazanmaq imkanları genişlənmişdir.
Eyni zamanda, kollecdə təşkil olunan bir çox elmi konfranslar, seminarlarla yanaşı, yenilikçi layihələrin və proqramların nəticəsində xeyli nailiyyətlər əldə olunmuşdur.

Xüsusilə qeyd edək ki, özünün dərin biliyi, təhsil sahəsindəki çoxillik təcrübəsi və zəngin fəaliyyəti ilə bir çox uğurlara imza atmış Faiq müəllim, Sənaye və Texnologiya Kollecinin tələbələrinə təkcə savad, bilik verməklə kifayətlənmir, həm də onların müsbət xarakter və dəyərlərlə yetişməsinə çalışır.
Elə buna görə də, Faiq müəllimin rəhbərliyi altında təhsil alan tələbələr yalnız elmi biliklərə deyil, həm də həyat təcrübəsinə və peşəkar bacarıqlara yiyələnməklə öz sahələrində uğurlar qazanırlar.

3 fənn proqramının, 5 orta məktəb dərsliyinin, 1 metodik vəsaitin, 70-dən artıq məqalənin müəllifi olan Faiq Şahbazlı həm də “Azərbaycanın təhsil siyasəti” ikicildliyinin tərtibçisidir, onlarca müxtəlif əsərlərə redaktorluq edib.
O, Azərbayvanda, Özbəkistanda və Türkiyədə keçirilmiş onlarla beynəlxalq elmi konfransın iştirakçısı olub, həmişə də onun məruzələri böyük maraqla qarşılanıb...

ŞƏRƏFLİ ÖMÜR YOLU...  FAİQ ŞAHBAZLI – 70

Azərbaycan təhsilinin parlaq simalarından olan Faiq Şahbazlı uzun illər boyu təhsil sahəsindəki əvəzsiz xidmətlərinə görə, Azərbaycanın qabaqcıl təhsil işçisiƏməkdar müəllim fəxri adları ilə təltif olunmuşdur.

Faiq müəllim həm də Sənaye və Texnologiya Kollecində YAP ərazi partiya təşkilatının sədridir.

Elm və Təhsil Nazirliyi tərəfindən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı 70 illik yubileyi münasibətilə təhsil sahəsindəki uzunmüddətli və səmərəli fəaliyyəti, nailiyyətləri qiymətləndirilərək Fəxri Fərmanla təltif edilmişdir.
Fəxri Fərmanı 25 aprel 2025-ci ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov yubilyara təqdim etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Bəli, bu gün böyük əminliklə deyə bilərik ki, Faiq müəllimin 70 illik yubileyi, yalnız əvvəlki uğurlarının təhlili deyil, bu zəngin fəaliyyətin qiymətləndirilməsi və təhsil sahəsindəki böyük xidmətlərinin bir təntənəsidir.


Biz də redaksiya heyətimiz adından, xalqımızın dəyərli ziyalısı, çox hörmətli maarif xadimi, respublikamızın qabaqcıl təhsil işçisi, Sənaye və Texnologiya Kollecinin direktoru, Əməkdar müəllim, tanınmış dilçi-alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Şaban oğlu Şahbazlını anadan olmasının 70 illik yubileyi münasibətlə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şərəfli elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
Azərbaycan Texniki Universiteti
“Ziya” qəzetinin baş redaktoru,
AYB-nin və AJB-nin üzvü,
Filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü,
"Abdulla Şaiq", "Nəriman Nərimanov",
"Qızıl qələm", Zirvə" və "Zəfər"
mükafatları laureatı


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yaşar Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib

Yaşar Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib

Gəncə, Borçalı, Darvaz, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK!.. (Professor TELMAN QULUYEV - 75)

YUBİLEYİNİZ MÜBARƏK!.. (Professor TELMAN QULUYEV - 75)

Gəncə, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

Digər ali məktəblər, Darvaz, Təbriklər
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

AzTU
Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

AzTU, Təbriklər
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin  ...

AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin ...

AzTU
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
Professor İLHAM ASLANZADƏ - 55

Professor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

AzTU, Təbriklər
Professor Tapdıq Həsənovun 80 illik yubileyi keçirilib

Professor Tapdıq Həsənovun 80 illik yubileyi keçirilib

BDU, Qarayazı, Təbriklər
TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

AzTU, Təbriklər
Fəxrəddin YUSİFOV (1956)

Fəxrəddin YUSİFOV (1956)

ADPU, Başkeçid, Təbriklər
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Gəncə, Təhsil, GDU, Bolus, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər
Rəy yazın: