GÜLLÜ AŞİROVA: "TÜRK ƏDƏBİ DİLLƏRİ ARASINDA AZƏRBAYCAN DİLİNİN YERİ"

GÜLLÜ AŞİROVA: "TÜRK ƏDƏBİ DİLLƏRİ ARASINDA  AZƏRBAYCAN DİLİNİN YERİ" Akademik
Mədəd Çobanovun
əziz xatirəsinə
həsr olunmuş
II İnşa müsabiqəsi üçün



Türk dilləri ailəsinin Oğuz qurupuna daxil olan Azərbaycan dili çox qədim tarixi keçmişə malikdir. Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan 60 milyona qədər azərbaycanlı bu dildə danışır, bir-biri ilə ünsiyyət saxlayırlar. Belə gözəl, ahəngdar, musiqili, ifadə imkanları zəngin olan bir dilin daşıyıcıları olduğumuz üçün fəxr etməli, iftixar hissi keçirməliyik.
Azərbaycan ədəbi dili türk dilləri içərisində özünə məxsus şərəfli yer tutur. Kitabi-Dədə Qorqud dastanları, Qazi Birhanəddinin, M.Füzulinin, İ.Nəsiminin, M.F.Axundovun və s. əsərləri ana dilimizin tarixinin inkişafının,zaman keçdikcə hansı inkişaf mərhələlərindən keçməsinin öyrənilməsində ən qiymətli məxəzdir.
Klassiklərimiz, dahilərimiz dil haqqında bütün zamanlarda öz dəyərini qoruyub saxlayan çox qiymətli fikirlər söyləmişlər.


M.Füzuli yazırdı:
"Söz elə bir gövhərdir ki,qiyməti ağılla ölçülər".
Yəni, ağıllı başlardan dəyərli sözlər, dəyərli düşüncələr çıxar.
Bu sözlər həm də azərbaycan dilinin nə qədər aydın, anlaşıqlı, zəngin məna dəyərinə malik olmasının göstəricisidir. Hər bir azərbaycanlı özünün qiymətli xəzinəsi olan ana dilinə sahib çıxmalı, onu qorumalı, inkişaf etdirməli və gələcək nəsillərə ötürməlidir. Ana dili ana südü qədər doğma və müqəddəsdir.
Bəxtiyar Vahabzadə demiş:
"Ana dilim ana südü kimidir. Onun dadını unudan adam doğma ola bilməz". Çünki ana dili anamızın südü ilə ruhumuza hopur,kimliyimizi formalaşdırır. Ana südü nə qədər müqəddəsdirsə, ana dili də o qədər dəyərlidir.

Azərbaycan dili Türk dilləri ailəsinin oğuz qrupuna daxil olduğu üçün bu qrupda birləşən türk,türkmən və qafqaz dilləri ilə çox oxşardır.Ancaq nə qədər oxşarlıq olsa da,hər birinin özünəməxsus öz qrammatik quruluşuna aid xüsusiyyətləri vardır. Azərbaycan dilçilik elminə böyük töhfələr vermiş dilçi alimlərimizdən Əbdüləzəl Dəmirçizadə, Afat Qurbanov, Tofiq Hacıyev və Borçalımızın dəyərli oğlu professor Mədəd Çobanov Azərbaycan dilinin türk dilləri içərisində mövqeyinin müəyyənləşdirilməsində xüsusi xidmət göstərmişlər. Öz dəyərli əsərləri ilə dilçilik elmimizi zənginləşdirmişlər.

Mirzə Cəlilin belə bir ifadəsi var:
"Millətin dili onun ruhudur".
Həqiqətən də, dil bir millətin ruhunun düşüncəsinin, tarixinin daşıyıcıdır.
Dilini itirən xalq öz varlığın, ruhunu da itirmiş sayılır.

Azərbaycan dili Türk ədəbi dilləri arasında öz gözəlliyi, zənginliyi və ifadə imkanları ilə seçilir.
Biz bu dilin daşıyıcıları olaraq onu sevməli və qorumalıyıq. Çünki öz dilini qorumağı bacaran xalq öz milli varlığının gələcəyini təmin etmiş olur.
İnşamı Ulu öndər Heydər Əliyevin sözləri ilə tamamlamaq istəyirəm:
"Hər bir xalqın milliliyini,mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir".

GÜLLÜ AŞİROVA,
Gürcüstan,
Bolnisi rayonu,
Faxralı kəndindəki
Arif Əliyev adına
1 N:-li ictimai məktəbin
9-cu sinif şagirdi.

Fənn müəllimi:
FATMA ƏLİYEVA

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
EMİL ƏLIYEV:

EMİL ƏLIYEV: "Ana dilimiz – varlığımızdır!.."

Fond, Məktəblər, Müsabiqə, Tiflis
LƏMAN İBRAHIMOVA:

LƏMAN İBRAHIMOVA: "Ana dilimiz - varlığımızdır!.."

Fond, Məktəblər, Müsabiqə, Bolus
Milli varlığımız - Azərbaycan dili

Milli varlığımız - Azərbaycan dili

Regionlar, Məktəblər, Köşə yazılar
Ana dili günümüz mübarək olsun!

Ana dili günümüz mübarək olsun!

Regionlar, Məktəblər
NƏRMİNƏ İSAYEVA:

NƏRMİNƏ İSAYEVA: "ANA DİLİMİZİN İNKİŞAF YOLU VƏ HEYDƏR ƏLİYEVİN DİL SİYASƏ ...

AzTU, Köşə yazılar
Pərixanım Mikayılqızı:

Pərixanım Mikayılqızı: "AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏ DİL MƏSƏLƏSİ"

"Elm və Təhsil", Köşə yazılar
SAMİRƏ SEYİDOVA:

SAMİRƏ SEYİDOVA: "MƏNİM ANA DİLİM, MƏNİM ÖZ DİLİM!"

Məktəblər, Köşə yazılar
Ümumtürk dilləri dialekt və şivələrinin tədqiqində Mahirə Hüseynovanın rolu

Ümumtürk dilləri dialekt və şivələrinin tədqiqində Mahirə Hüseynovanın rolu

Elmi Məqalələr, ADPU
“Xalqı xalq, milləti millət edən ana dilidir”

“Xalqı xalq, milləti millət edən ana dilidir”

AzTU, Köşə yazılar
Heydər Əliyev Azərbaycan dili haqqında

Heydər Əliyev Azərbaycan dili haqqında

Prezident
AzTU-da Beynəlxalq Ana dili günü qeyd olunacaq

AzTU-da Beynəlxalq Ana dili günü qeyd olunacaq

AzTU, Elanlar

"İmadəddin Nəsimi dili və üslubu"

Yeni nəşrlər, Humanitar elmlər
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Digər bölmələr, Tarix
ANA DİLİMİZİN ADI NƏDİR?..

ANA DİLİMİZİN ADI NƏDİR?..

Köşə yazılar
BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

Humanitar elmlər
İç dünyamızın səsi – ANA DİLİ

İç dünyamızın səsi – ANA DİLİ

Əsas xəbər, AzTU
Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

MEDİA, Tiflis, Köşə yazılar
AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

"Zirvə"
Buludxan Xəlilov:

Buludxan Xəlilov: "Azərbaycan dili qədər təqibə, təzyiqə qalan dil yoxdur ...

ADPU
Rəy yazın: