QİYMƏTLİ ƏDƏBİ-BƏDİİ ABİDƏ

QİYMƏTLİ ƏDƏBİ-BƏDİİ ABİDƏ Görkəmli türkoloq,
məşhur dilçi-alim və tanınmış ictimai xadim,
mərhum akademik Mədəd Çobanovun
əziz xatirəsinə həsr olunmuş
"Ölüm son deyil" poeması,
tanınmış yazıçı-şair İsaxan İlyazoğlunun sözlə yaratdığı əsər - olduqca qiymətli bir ədəbi-bədii abidədir.


Yüksək insani keyfiyyətlərə malik olan Mədəd Çobanovun elmi-pedaqoji fəaliyyətini, ictimai-siyasi həyatdakı rolunu, Azərbaycan dilinə və elminə verdiyi töhfələri ümumiləşdirən müəllif, bədii dilin imkanlarından istifadə edərək ideal insan obrazı yaradıb.


Əsərin başlanğıcında səlis və axıcı dillə Uca Yaradana, "Ey Uca Yaradan, ey Pirlər Piri", - deyə müraciət etməsi, yazılacaq yazının nə qədər məsuliyyətli olduğuna işarədir.
Poemada cəmiyyət və fərdlər arasında yüksək nüfuza malik bir müəllim obrazı ilə paralel bir alim, bir ustad, bir ilahi varlığın bədii portreti yaradılıb.

Poemada:
"Alimlər içində Mədəd adında
Peyğəmbər misallı alim yaratdın!"

- deyimi ilə müəllimini Peyğəmbərlərin məqam dərəcəsinə qaldırır. Bu da, İslam dininin fəlsəfi baxışlarına tam uyğundur.

Əsərdə bir alim ömrünün mənalı yaşam hekayəsi məharətlə qələmə alınıb.

Əsərin baş qəhrəmanı şairin sevimli müəllimi olsa da, sujetin alt qatında bir neçə müqəddəs üçlüyün vəhdətini görürük.

QİYMƏTLİ ƏDƏBİ-BƏDİİ ABİDƏBirinci üçlükdə Müəllimin ömrü, zirvəsi qarlı uca dağa, nurlu çırağa, əriyən muma bəzədilir. Tələbələrini öz ziyası və nuru ətrafında cəm etməyi bacaran ustad müəllimini Xoca simasında görür, onun El ağsaqqalı olduğunu təsdiqləyir və eyni zamanda Onu müasir dövrün Dədə Qorqudu adlandırır.

"Bir insan tanıdım ömrü mənalı,
Fikri, düşüncəsi, zəkası dərin.
O Qorqud misallı el ağsaqqalı
Başında olardı, xeyrin-şərin".


İkinci müqəddəs üçlükdə isə Peyğəmbər, Dədə Qorqud və Xoca simasını özündə cəmləyən ideal insan obrazı görürük.
Gənc nəsillərə El-oba sevgisi, Vətən məhəbbəti daşıyan Türkoloq alimin daha bir özəlliyi şairin diqqət mərkəzindədir. Belə ki, şair, bu günün aktual məsələsi olan Turançıllq ideyasını hələ keçən əsrin 80-ci illərində sevimi müəlliminin necə də böyük məhəbbət və sonsuz sevgi ilə təbliğ etdiyini diqqətə çatdırır:

"Bizə həyat dərsi keçdi o insan,
İlk sözü Vətəndi, son sözü Turan!.."
-
deməsi müəlliminin dərin ideya və məfkurə sahibi olduğunu bir daha təsdiqləyir.

Üçüncü müqəddəs üçlükdə, Olum, Ölüm və Əbədi həyat görürük.
Hər şeyin Uca və Yaradanın əmri ilə müəyyən zaman və məkan arasında baş verdiyinə şahid oluruq.

Üç iyun 2023-cü il... Vida günü...

Haqqın əmri ilə akademik Mədəd Çobanov Əbədiyyətə qovuşduğu günü müəllif çox kədərli və duyğusal hislərlə qələmə alıb.
Vida gününün ağırlığı altında tabutun ağırlığını hiss edən şair:
"Görəsən, nə varmış tabutdan ağır?!" – deyə özü-özünə sual edir.
Bu sətir müəllimlə tələbə arasında ruhu bağlılığın olduğunu təsdiqləyir.

Həyatda Haq, Səbəb və Yaradılan olan yerdə təsadüf deyə bir şey yoxdu...

Dədə Qorqud misallı alimin də Bakının Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılması haqqın əmri deyilmi?..

Əsərin sonunda, o ağır günün ikinci ildönümü, Müəllim məzarının ziyarət olunması səhnəsi böyük ustalıqla təsvir olunur.
Əvvəlcə qəbiristanlığa, məzara və başdaşına böyük ehtiramla Salam verən şair, sonra ruh halına keçərək yazır:

“Bura lal məkandı, qulağı sağır,
Səcdəyə göylərdən mələklər endi.
Burda hər nəsnənin zəhmi çox ağır,
Kədərdən ürəklər bölünür indi.
Məzar gül-çiçəkdi, göydən nur yağır,
Kimin kim olduğu bılinir indi!..”


Burada məkanın lal və kar olduğunu, nur yağışı yağdığını, hətta mələklərin də səcdə üçün göylərdən yerə endiyini şairin görməsi və oxuculara göstərməsi heyrətamizdir!..

Əsərdəki sonuncu müqəddəs üçlük olan Yaradan, Zaman və Məkan anlayışları ümumbəşəri fəlsəfi mahiyyət daşıyır.
Şair Ölümün son olmadığını, Həyatın isə Əbədi olduğunu sözlə təsdiqləyir.
Mənalı ömrün Nura çevrilərək Əbədiyaşar olduğuna inanan şair, oxucusunu da buna inandırmağı bacarır.

QİYMƏTLİ ƏDƏBİ-BƏDİİ ABİDƏ Bir sözlə, bu əsər - tanınmış yazıçı-şair İsaxan İlyazoğlunun "ÖLÜM SON DEYİL!.." adlı poeması - tələbənin sevimli və unudulmaz müəllimi - mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə sözlə yaratdığı qiymətli ədəbi-bədii abidədir.


ZAKİR İSMAYILOV
TDPU-nun məzunu,
filoloq


ZiM.Az




ÖLÜM SON DEYİL
(Poema)


Mən bu yazını əziz və hörmətli müəllimim,
görkəmli türkoloq, tanınmış dilçi-alim,
mərhum akademik Mədəd Çobanovun
ruhuna bağışladım.


Ey uca Yaradan, ey Pirlər Piri,
Bircə Ol sözünə xəlq oldu cahan.
Bizə rəhbər etdin Peyğəmbəri,
Sənin hökmün ilə quruldu mizan.

Hikmətlər cəm oldu sənin zatında,
Bircə Ol sözünə aləm yaratdın.
Alimlər içində Mədəd adında,
Peyğəmbər misalı alim yaratdın.

Sözlə bir yarandı sözün qiyməti,
Qılıncdan itidir sözün kəsəri.
Haqdan mayalandı sözün qüdrəti,
Sözlə qərar tutdu yerin məhvəri.

Enəndə göylərdən haqqın sədası,
Biz zaman yaşadıq zaman içində.
Bir ada yaratdın Mədəd adası,
Dəryalar qoynunda, ümman içində.

Bir Xoca tanıdım qırx il öncə,
Bizə həyat dərsi keçdi o insan.
Zəkası dərindi, qəlbi çox incə,
İlk sözü Vətəndi, son sözü Turan.

Bir müəllim tanıdım mülayim, həlim,
Doğma övlad sayar bizi sevərdi.
Alimlər içində seçilən alim,
Haqqı, ədaləti, düzü sevərdi.

Bir qoca dağ gördüm tələbə vaxtı,
Zaman zirvəsinə qar ələyirdi.
Yanan çıraq gördüm tələbə vaxtı,
Zülmət qaranlığa nur çiləyirdi.

O, dilçi alimdi, söz sərrafıydı,
Sözlərin içində söz axtarırdı.
Müdrik düşüncəli, göz zərrafıydı,
Əyrilər içində düz axtarırdı.

Bizə öyüd verər, deyərdi; - Bala,
Hər sözün öz vaxtı, öz məkanı var.
Acı dil başlara bəladır, bəla,
Hər kəsin ağzında bir düşməni var.

Elmdir, bilikdi zəri-zinnəti,
Ömrünü bu yolda mum eyləmişdi.
Mərifət, qanacaq, hörmət-izzəti,
Yığmışdı özündə cəm eyləmişdi.

Bir insan tanıdım ömrü mənalı,
Fikri, düşüncəsi, zəkası dərin.
O, Qorqud misallı, el ağsaqqalı,
Başında olardı xeyirin, şərin.

Görürdüm həmişə üzündə kədər,
Məfkurə sahibi, dahi insanı.
Sevdi millətini dünyalar qədər,
Candan əziz tutdu Azərbaycanı.

Bir gün qəmli gördüm, görüşdük yenə,
O, gözəl insanın dərdini sordum.
Kədərli baxışla baxaraq mənə,
Dedi ki, Dərbənddi, Təbrizdi dərdim.

Onu çox sevirdim, bilmirəm nədən,
Beş il güman yerim, sirr yerim oldu.
Hər gün dil dərsinə gecikdiyimdən,
O il dil dərsindən kəsirim oldu.

Hamımız sevirdik Mədəd müəllimi,
Qoca da, cavan da, uşaq da sevdi.
Ana övladlarını sevdiyi kimi,
Aldı əlimizdən torpaq da sevdi.

Üç iyun, iki min iyirmi üçdə,
Bir xəbər yayıldı, xəbər çox acı.
El yasa büründü, el yas içində,
Əzəldən ölümün yoxmuş əlacı.

Bir alim əbədi yumdu gözünü,
Belə ağır gündə söz demək olmur.
Əcəl vaxtsız gəldi, dedi sözünü,
Oğluna, qızına, qohumlarına,
Allah səbr versin, döz demək olmur.

Son mənzil günüdü, o gün son vida,
Böyük alim gedir çiyinlər üstə.
Bir insan bizimlə edir əlvida,
Sanki aləm gedir çiyinlər üstə.

Bu yas el yasıdı, bu qəm el qəmi,
Kədərli gözlərdən qəm-qüssə yağır.
İnsanlar axışır, gəlir sel kimi,
Görəsən nə varmış tabutdan ağır.

Bölünməz dediyin bölünür ancaq,
Vəfasız dünyadı, qəribə həyat.
Şahların yatdığı ey qara torpaq,
Sənə bir dahini verdik əmanət.

Haqqın dərgahında görün nələr var,
Zamanla məkanın öz arasında.
Torpağın altında dəfinlələr var,
Ölüm var qaş ilə göz arasında.

O dəfn günündən iki il keçir,
Yığışdıq iki min iyirmi beşdə.
Ziyarət etməyə bir yerimiz var,
Burdadı doğma da, dost da, qardaş da.
Müəllim məzarı var, Pir yerimiz var.

Dostlar, asta gəlin, bu məzar üstə,
Burda bir şəxsiyyət, bir insan yatır.
Dərd qalaq-qalaqdı, qəm dəstə-dəstə,
Burda Mədəd adlı bir sultan yatır.

Salam, qəbristanlıq, salam, başdaşı,
Salam, qəm odası, salam, dörd divar.
Siz alim ömrünün tarix yaddaşı,
Salam, qara torpaq, ey Ulu Məzar.

Bura lal məkandı, qulağı sağır,
Səcdəyə göylərdən mələklər endi.
Burda hər nəsnənin zəhmi çox ağır,
Kədərdən ürəklər bölünür indi.
Məzar gül-çiçəkdi, göydən nur yağır,
Kimin kim olduğu bilinir indi.

Burda da müəllimin önündəyik biz,
Lal sükut içində vaxt-zaman gedir.
Bura son məkandı, dururuq səssiz,
Burda sorğu-sual, imtahan gedir.

Həyat imtahandı, keçə bilmirik,
Çoxdu günahımız, çox sirimiz var.
O biri dünyaya köçə bilmirik,
Çünki, bu dünyada kəsirimiz var.

Əzəldən belədir hökmü zamanın,
Həyatın qəribə qanunu varmış.
Haqqın rızasıyla gələn insanın,
Demək ki, ömrünün bir sonu varmış.

Bir alim Nur oldu Tanrı çatında,
Heç kim bu insanı unudan deyil.
Bir alim yaşayır Haqqın qatında,
Həyat əbədidir, ölüm son deyil.

Fikrim sonsuzluqda, çatmayır sona,
Sözə son verirəm mən aram-aram.
O böyük alimə, dahi insana,
Sevgiylə, sayğıyla dərin ehtiram.


QİYMƏTLİ ƏDƏBİ-BƏDİİ ABİDƏ İsaxan İLYAZOĞLU,
"Abdulla Şaiq",
"Qızıl qələm" və
"Zirvə" mükafatları
laureatı,
03.06.2025


ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Bolnisidə “Ana dilimiz – varlığımızdır!” mövzusunda II İnşa yazı müsabiqəsi ...

Bolnisidə “Ana dilimiz – varlığımızdır!” mövzusunda II İnşa yazı müsabiqəsi ...

Fond, Müsabiqə, Gürcüstan, Tiflis, Borçalı, Başkeçid, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
ELMİN ZİRVƏSİNDƏ - MƏDƏD ÇOBANOV

ELMİN ZİRVƏSİNDƏ - MƏDƏD ÇOBANOV

Poeziya, Tiflis, Borçalı, Başkeçid, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
SADİQ ZAMAN:

SADİQ ZAMAN: "Elmə, Vətənə sevgi: Professor Mədəd Çobanovun ömür salnaməsi ...

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
RAMAZAN RZA:

RAMAZAN RZA: "SƏCDƏYƏ GƏLDİM!.."

Poeziya, Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
AĞSAQQAL İNSAN, BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV

AĞSAQQAL İNSAN, BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
İBRAHİMXƏLİL:

İBRAHİMXƏLİL: "KÖKLƏDİ KÖNÜL SAZINI..."

Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
XALQINI, VƏTƏNİNİ SEVƏN,  MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

XALQINI, VƏTƏNİNİ SEVƏN, MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

ADPU, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Salman Qazi:

Salman Qazi: "DÜNYADA BİR ALİM İZ QOYDU GETDİ" və yaxud: "MƏDƏD MÜƏLLİMİ ...

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
MƏDƏD BİLGƏNİN XATİRƏSİNƏ

MƏDƏD BİLGƏNİN XATİRƏSİNƏ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Nurdan yaranmışdı – nur oldu, getdi...

Nurdan yaranmışdı – nur oldu, getdi...

"Zirvə", "XXI əsrin Ziyalıları", Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Yeni nəşrlər, Humanitar elmlər, "Şərqin səsi", "Elm və Təhsil", "Təhsil" EİM, "Zirvə", "XXI əsrin Ziyalıları", Tiflis, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Elanlar, Zirvə.info, Mədəd Çobanov
DƏDƏ MƏDƏD

DƏDƏ MƏDƏD

Poeziya, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov, Müşfiq Borçalı
MƏDƏD MÜƏLLIM!

MƏDƏD MÜƏLLIM!

Fond, Humanitar elmlər, Poeziya, Müsabiqə, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

"Elm və Təhsil", Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
MƏDƏD ÇOBANOV - ZİYALI  İTKİSİ (Esse)

MƏDƏD ÇOBANOV - ZİYALI İTKİSİ (Esse)

Humanitar elmlər, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Gürcüstan, Borçalı, Bolus, Darvaz, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Nekroloqlar
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

Darvaz, Elanlar, Mədəd Çobanov
Dədəmiz  DƏDƏ MƏDƏD!..

Dədəmiz DƏDƏ MƏDƏD!..

Poeziya, Müsabiqə, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
Rəy yazın: