Adil Abdullayev: "El Bakuvinin (Eldar Hüseynov) yaradıcılığının qısa icmalı" Ədəbiyyat » Ədəbi tənqid 24 апреля 2025 413 100 1 2 3 4 5 Azərbaycanın rusdilli şairlərindən biri olan – El Bakuvi (Eldar Hüseynov) ilə, onun yaradıcılığı ilə mən bir il bundan öncə, 2023-cü ilin avqust ayında tanış olmuşam. Tanışlığımız demək olar ki, qəfildən, “Azərbaycan” Nəşriyyatının köhnə binasının dəhlizində sadəcə xoş təsadüf nəticəsində baş vermişdir. O vaxtı Bakuvinin “Позывные моей души» (“Ruhumun çağırışları”) adlı şeir toplusu tezəlikcə işıq üzünü görmüşdür, və o, həmkarımız Nəcibə xanım İlkin tərəfindən rəhbərlik etdiyi “Azad Qələm” jurnalının növbəti buraxılışında dərc olunmaq məqsədilə bir neçə şeiri gətirmişdir. Növbəti görüşdə isə artıq müəllifin oğlu Yusif kitabların (şeir toplusu) birisini mənə, təqdim etmişdir. idi. Daha sonra o mənə “El Bakuvinin yüz soneti” və bu yaxınlarda “Prişelets” (“Gəlmə”) adlı kitabların təqdim etmişdir. Elə ilk qısamüddətli tanışlıqdan sonra mənə aydın oldu ki, bu şair öz əsərlərini rus dilində yazıb-yaradır. Oxuduğlarım şeirləri məni, bir jurnalist kimi, bir filoloq kimi düşünməyə, və nəticədə bu şairin yaradıcılığı haqqında bir rəy yazmağa təkan vermişdir.Bu kitab öz birinci nəşrdən fərqli olaraq, bəzi dəyişikliklərə uğradılmışdır. Məsələn, onun ilk nəşrində Mehriban xanım Əliyevaya həsr olunmuş bir şeir var idisə, hal-hazırki nəşrində ona həsr olunmuş artıq səkkiz dənə, biri-birindən gözəl olan şeirlər (sonetlər) özünə yer tapmışdır. Həmçinin böyük hörmət əlaməti olaraq, Bakuvi Mehriban xanıma həsr olunmuş ən gözəl sonetin birini («Звезда Востока…») kitabda əlyazma formasında təqdim edir. Bu orijinal və qeyri-adi bir həlldir. Şübhəsizdir ki, M.Füzuli, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Əliağa Vahid bizim milli poeziyamızın uca zirvəsidir. El Bakuvinin şeirləri, yaradıcılığı ilə yaxından tanış olmuş bir insan kimi əminliklə deyə bilərəm ki, o da, rus dilində yazıb-yaratmasına baxmayaraq, poeziyamızın zirvəsi sayılmalıdır. Burada dil faktoru rol oynamır. Nizami Gəncəvi də öz “Xəmsə”ni və məşğur gəzəlləri fars dilində yazmağına baxmayaraq, bütün dünya onu məhz azərbaycan şairi kimi qəbul edir.El Bakuvinin “Ruhumun çağırışları” adlı kitabın şərhini, təhlili aparmazdan əvvəl diqqətimi cəlb edən onun üz qabığında həkk olunmuş sözlərə fikir verək: Я Человек, Я Миротворец, Я Пришелец, (“Mən İnsanam, Mən Sülhməramlıyam, Mən Gəlməyəm”). İlkin baxışdan, şairin yaradıcılığı ilə heç olmasa bir qədər tanış olmamış, həmin sözlərin mənasını, məhzini, və hansı məqsədlə yazıldığını başa düşmək çətinlik yaranır. Lakin həmin kitabı açandan sonra və bu insanın yaradıcılığı ilə daha yaxından tanış olandan sonra, məsələ aydınlaşır. Elə burada onun eyniadlı kitabından “Gəlmə” poeması yadıma düşmüşdür. Şair burada özünü sanki hansısa başqa, yad planetlərdən gəlmiş, Yer kürəsində isə özünü qonaq kimi hiss edir. Və bütöb “hekayə” boyunca diqqətli oxucunun qarşısında şairin həm öz şüurun dərin xəlvətlərində dərin insansevərlik hissi, eyni zamanda da insanların həyat tərzləri haqda düşünməsi və onun nə qədər, hansı dərəcədə düzgün və səhv, yanlış olması barədə dərin fəlsəfi fikirlər özünü biruzə verir. Beləliklə “Gəlmə” sözünün burada haradan kökləndiyini görmək mümkündür. O cümlədən “İnsan” və “Sülhməramlı” sözlərinin kökü, mənbəsi Bakuvinin “Gəlmə” poemasını, eləcə də “Prometey” kimi poemanın müqəddimə hissəsinin ədəbi-fəlsəfi-lingvistik təhlilindən sonra aydınlaşır.Ümumiyyətlə, burada ayrıca və xüsusi olaraq, El Bakuvinin yaradıcılığında zəngin söz ehtiyatından istifadə etməsi, bəzən adi sıravi sözlərdən heyrətamiz mənzərələrin çəkilməsi, işlətdiyi dilin sadə və adi oxucuya əlçatımlı olmasını da qeyd etmək istəyirəm. El Bakuvinin ustalığını, məharətini, şeir yazma qabiliyyətində hansı uca zirvələrinə çatmasını əks etdirmək üçün, deyərdim ki, onu beynəlxəlq səviyyədə elə nəhəng sonet ustaları kimi olmuş Manuel Mariya Barboza du Bokaje, Françesko Petrarka, Lope de Veqa kimi müqayisədə onlarla eyni səviyyədə, bəzi hallarda isə (El Bakuvinin sonet kimi mürəkkəb janrda yaratdığı ayrı-ayrı nümunələri araşdırarkən elə qənaətə gəlmək olar) ondan üstün olmasını görmək olar. Yeri gəlmişkən, burada oxuculara onu da çatdırmaq lazımdır ki, müəllifin özü də dediyi kimi, onun sonet janrında müəllimi məhz Bokaje olmuşdur. Azərbaycan klassiklərindən isə müəəlifin sözlərinə görə onun ən çox xoşuna gələn Əliağa Vahidin gəzəlləridir. “Ruhumun çağırışları” şeir toplusunun ikincə nəşrində (birinci nəşr 2014-cü ildə T. Çələbinin redaktəsi ilə dərc edilmişdir) diqqətini çəkən, cəlb edən Azərbaycanın birinci xanımı və Vitse-Prezidenti, hörmətli Mehriban xanəm Əliyevaya həsr edilmiş sonetlər olmuşdur. Bakuvi kimi gözəl Azərbyacan şairin bu cür yüksək ustalıq və peşəkarlığı nümayiş etdirməklə, sonet janrında rus dilində işləməsi çox sevindirici və qürurverici bir hal sayılmalıdır.Onun sonetləri (əsasən italyan sonetləri formasında) öz bədii-sənətkarlıq tamlığı, mövzu-ideya bütövlüyü, bədii təsvir vasitələrinin rəngarəngliyinə görə seçilir.Lakin məni ən çox valeh edən və heyrətləndirən bizim Hörmətli Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya həsr olunmuş sonetlər tsikli olmuşdur. Burada müəllif həm Şərq qadının gözəlliyini və ümumiyyətlə Şərqin cazibədarlığını, həm doğma şəhəri olan Bakının gözəlliyini tərənnüm edir.«Как прекрасен Восток…» (“Şərq nəcə də gözəldir”) şeirində Bakuvi 12 misraya olduqca böyük həcmdə informasiyanı oxucuya çatdıra bilmişdir. Şeirin ilk misrasından ardınca gələn “Как прекрасен Баку…» (“Bakı necə də gözəldir”) istər-istəməz insanın elə bir təəssürat yaradır ki, sanki Şərqin mərkəzi, paytaxtı məhz Bakı şəhəridir. Burada nəzm formasında kifayət qədər tez-tez rast gəlinən müqayisə verilmişdir. Və bunlardan sonra gələn «Уголок поэтической мысли» (“Nəzmi təfəkkürün məkanı, ocağı”) oxuculara qədim Bakı şəhərin sanki bütün Şərqin nəzm (poetik) təfəkkür məkanı, guşəsi kimi təqdim edir. İkinci bəndin ilk misrasında «Это Вам, на которой блистает Востока корона» isə Bakuvi bizim Hörmətli Vitse-Prezidentimiz, Mehriban xanımı Şərq dünyasının kraliçası elan edir.Təbii ki, bu cür gözəl sonetlərin yazılmasında, yaradılmasında müəllifə təkanverici bir hal kimi təkcə gözəllik faktoru deyil, lakin həmçinin bizim Birinci Vitse-Prezidentimiz, Mehriban xanımın milli mənəviyyatımızın, mədəniyyətimizin, ədəbiyyatımızın nəyinki sırf milli səviyyədə təbliğ olunması, amma hətta ümumdünya, beynəlxalq səviyyədə yayılması və bu isrsin qorunub-saxlanmasında olduqca böyük töhfələri və çəkdiyi zəhməti olmuşdur.Bu günə qədər El Bakuvi (Eldar Hüseynov) tərəfindən artıq beş yüzdən artıq sonet yazılmışdır. Əgər Əliağa Kürçaylı, Adil Babayev, Zeynal Xəlil, Abbasağa, Şəkər Aslan, Abbas Abdulla, Məmməd Faiq, İlğifat Saleh kimi müəlliflər sırf milli səviyyədə sonet janrında müəyyən işlər görüb, müəyyən zirvələrə çatıblarsa, o zaman demək lazımdır ki, hal-haızrda sözü gedən azərbaycanlı rusdilli müəllif Eldar Hüseynov bu janrın nəyinki milli səviyyədə önə çəkmişdir, lakin hətta bu mənada beynəlxalq səviyyədə nailiyyətlər qazanmışdır. Və bu gün biz, azərbaycanlılar, aramızda El Bakuvi kimi gözəl sənətkar, sonetçi-şair yaşayıb-yaratması faktını dərk edilməsindən bu günləri gürur və fərəh hissi duymalıyıq. Dahi Nizami, Füzuli, Nəsimi, Xətai, Səməd Vurğunun ədəbi irsi kimi, eləcə də şairimiz El Bakuvinin ədəbi irsi də hələ yüzillliklər keçsə belə, ədəbiyyatşünas-tədqiqatçılarımız, tənqidçilərimiz, filoloqlar, ədəbiyyat sahəsində ixtisaslaşmış tarixçilərimiz və dilçilik elminin nümayəndələri, alimləri tərəfindən öyrəniləcək və lazımınca qiymətləndiriləcəkdir. Sonda isə fürsətdən istifadə edərək, müəllifə bol-bol yaradıcılıq uğurları arzulamaq istərdim. ADİL ABDULLAYEV,AJB-nin və AYB-nin üzvü, Əməkdar mədəniyyət işçisi,yazıçı, publisist, pedaqoqZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.