Bədirxan Əhmədlinin 70 illik yubileyi və kitablarının təqdimatı keçirilib

Bədirxan Əhmədlinin 70 illik yubileyi və kitablarının təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədlinin anadan olmasının 70 illik yubileyi və “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (3 cilddə), “Zamanın yaddaşı ədəbi diskurslar” (Seçilmiş məqalələr), “Bir ömrün missiyası” “Rabindranat Taqor: Nobelə gedən yol” (ingilis dilində) kitablarının təqdimatı keçirilib.

Bədirxan Əhmədlinin 70 illik yubileyi və kitablarının təqdimatı keçirilib

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Gülnar Səma ZiM.Az-a bildirib ki, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq professor Bədirxan Əhmədlinin həyat və yaradıcılığından, çoxşaxəli elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrdən danışıb. Bildirib ki, professor Bədirxan Əhmədli XX yüzil Azərbaycan ədəbiyyatının mərhələli və sistemli şəkildə tədqiqinə yönəlmiş sanballı əsərlərin müəllifidir. O, Azərbaycanla yanaşı, türkdilli xalqların ədəbi irsinin yüz əlli ilə yaxın dövrünü səylə araşdıran, elmi-nəzəri baxımdan mükəmməl təhlil edən, bu xalqların tarixi və ədəbiyyatı ilə bağlı apardığı tədqiqatlarla ümumtürk elmi mühitinin sərhədlərini aşmağı bacaran istedadlı elm adamıdır.

Bədirxan Əhmədlinin 70 illik yubileyi və kitablarının təqdimatı keçirilib

Akademik İsa Həbibbəyli professor Bədirxan Əhmədlini satiraşünas alim kimi səciyyələndirərək, onun yaradıcılığında Azərbaycan satirik ədəbiyyatının əsas istiqamətləri və problemlərinin geniş təhlil olunduğunu bildirib. Qeyd edib ki, alim Azərbaycan satirasının həm tarixi köklərini, həm də XX əsrdəki inkişaf mərhələlərini və dövrlərini yüksək elmi-nəzəri səviyyədə dəyərləndiməyi bacarıb. O, satira janrının tam dolğun mənzərəsini, bütöv inkişaf yolunu və əsas problemlərini öz əsərlərində əks etdirib. Bədirxan Əhmədlinin Asiya ədəbiyyatına dair tədqiqatlarını xüsusi qeyd edən akademik İsa Həbibbəyli onun Asiya ədəbiyyatının ən fəal tədqiqatçısı olduğunu və hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinə rəhbərlik etdiyini söyləyib.
AMEA rəhbəri alimin rəhbərliyi ilə sözügedən şöbədə Çin, Pakistan, Vyetnam, İndoneziya, Koreya yapon, monqol, əfqan, hind ədəbiyyatı üzrə araşdırmaların aparıldığını, Azərbaycan-Asiya ölkələri ədəbi əlaqələrinə dair kitabların hazırlandığını, dissertasiyaların yazıldığını bildirib. Akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətinin 19 mart 2025-ci il tarixli qərarı ilə professor Bədirxan Əhmədlinin məhsuldar elmi fəaliyyəti və 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif edildiyini xatırladaraq, AMEA-nın Fəxri fərmanını alimə təqdim edib.

Bədirxan Əhmədlinin 70 illik yubileyi və kitablarının təqdimatı keçirilib

Sonra Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Asif Rüstəmli “Bədirxan Əhmədlinin ədəbiyyatşünas alim ömrünün portret cizgiləri” adlı məruzə ilə çıxış edib.

Məruzəçi qeyd edib ki, ömrünün 40 ildən çoxunu elmə və təhsilə xidmət edən görkəmli ədəbiyyatşünas, tənqidçi Bədirxan Əhmədli zəngin yaradıcılığı ilə respublikamızla xarici ölkələr arasında körpü salan alimlərimizdəndir. 1986-cı ildə “Sabit Rəhmanın satirası” mövzusunda namizədlik, 2005-ci ildə “Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. O, Bədirxan Əhmədlinin “Bir istiqlal yolçusu” (2003) monoqrafiyasında ilk dəfə olaraq görkəmli ədəbiyyatşünas alim, ədəbiyyat tarixçisi, şair Əmin Abidin (Gültəkin) həyat və yaradıcılığının araşdırıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, Əmin Abid və Sabit Rəhman irsinə xüsusi diqqət göstərən Bədirxan Əhmədli, bu yaradıcı simaların irsini həm tədqiq edib, həm də çağdaş oxucuya çatdırmaq üçün önəmli nəşrlərə imza atıb.

Bədirxan Əhmədlinin 70 illik yubileyi və kitablarının təqdimatı keçirilib

Tədbirdə akademik Nizami Cəfərov, millət vəkili, filologiya elmləri doktoru, Elnarə Akimova, tanınmış dövlət xadimi, tarix elmləri doktorları, professor Həsən Həsənov, filologiya elmləri doktorları, professorlar Məmməd Əliyev, Məhərrəm Qasımlı, filologiya elmləri doktoru Bəsirə Əzizəli, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli və başqaları çıxış edərək Bədirxan Əhmədlinin yaradıcılığının müxtəlif məqamlarına diqqət çəkərək onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xoş xatirələrini bölüşüblər.

Bədirxan Əhmədlinin 70 illik yubileyi və kitablarının təqdimatı keçirilib

Daha sonra Özbəkistanın Fərqanə Dövlət Universitetinin alimi Əkbər Sadinov, Azərbaycan Ağsaqqallar Şurasının aparat rəhbəri Ramin Həsənli, Qars Qafqaz Universitetinin nümayəndəsi Könül Qulusoy, eləcə də, Daşkənd Uluqbəy adına Milli Universitetin əməkdaşları ədəbiyyatşünas alimi 70 illik yubileyi münasibətilə təbrik edib, təmsil etdikləri müəssisələrin Fəxri fərmanlarını, “Xalq qəzeti”nin baş redaktoru, Mətbuat Şurası idarə heyətinin üzvü Əflatun Amaşov isə Mətbuat Şurasının diplomunu professor Bədirxan Əhmədliyə təqdim edib.

Bədirxan Əhmədlinin 70 illik yubileyi və kitablarının təqdimatı keçirilib

Tədbirdə Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Nəcibə Arif, Pakistan İslam Respublikasının Müslim İnstitutunun direktoru, doktor Sahibzadə SultanQırğızıstan-Türkiyə Manas Universitetinin alimi Farizat Kuramayeva və b.video vasitəsilə professor Bədirxan Əhmədliyə təbriklərini ünvanlayıblar.

Bədirxan Əhmədlinin 70 illik yubileyi və kitablarının təqdimatı keçirilib

Sonda professor Bədirxan Əhmədli çıxış edərək ona göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz təşəkkürünü bildirib.

REDAKSİYADAN:

Biz də Redaksiya Heyətimiz adından, dəyərli alimimiz, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, çox hörmətli professor Bədirxan Əhmədlini anadan olmasının 70 illik yubileyi və “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (3 cilddə), “Zamanın yaddaşı ədəbi diskurslar” (Seçilmiş məqalələr), “Bir ömrün missiyası” “Rabindranat Taqor: Nobelə gedən yol” (ingilis dilində) adlı kitablarının işıqüzü görməsi münasibətilə bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, elmi, ictimai-siyasi fəaliyyətində və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dəyərli ziyalımız Bədirxan Əhmədli

Dəyərli ziyalımız Bədirxan Əhmədli

Humanitar elmlər, Başkeçid, Təbriklər
Bəsirə Əzizəli: “BAĞLI BİR QAPIYA AÇAR AXTARSAN, ANCAQ ALİMLƏRDƏ AXTAR, TAP ...

Bəsirə Əzizəli: “BAĞLI BİR QAPIYA AÇAR AXTARSAN, ANCAQ ALİMLƏRDƏ AXTAR, TAP ...

Humanitar elmlər, Elmi Məqalələr, Başkeçid
AYB-nin YUBİLEY TƏBRİKİ: BƏDİRXAN ƏHMƏDOV

AYB-nin YUBİLEY TƏBRİKİ: BƏDİRXAN ƏHMƏDOV

Humanitar elmlər, Başkeçid, Təbriklər
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Yeni nəşrlər, Humanitar elmlər
PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUB

PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUB

Yeni nəşrlər, Humanitar elmlər
Ədəbiyyat İnstitutunda Azərbaycan-Çin əlaqələrinin 30 illiyinə həsr olunmuş ...

Ədəbiyyat İnstitutunda Azərbaycan-Çin əlaqələrinin 30 illiyinə həsr olunmuş ...

Humanitar elmlər
“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

Humanitar elmlər, Dünya
Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Humanitar elmlər
Ədəbiyyat İnstitutu ilə  Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Humanitar elmlər
Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Humanitar elmlər, "Zirvə"
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi  ...

Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi ...

"Zirvə"
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub

Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub

"Zirvə"
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Elm, Borçalı
Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü

Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü

Elm
Rəy yazın: