Yəhya Mustafa oğlu Məmmədov (1932) Gürcüstan » Başkeçid 13 Şubat AĞSAQQALLARIMIZI TANIYAQ VƏ TANIDAQ!..Yəhya Mustafa oğlu Məmmədov - 1932-ci il fevralın 25-də qədim Borçalı mahalının uca dağlar qoynunda yerləşən, əsrarəngiz gözəllikləri ilə məşhur olan Başkeçid elində - indiki Gürcüstan Respublikasının Dmanisi şəhərində dünyaya göz açmışdır.Atası Mustafa Suleyman oğlu Məmmədov 1907-ci ildə, anası Anaxanım İsa qızı Məmmədova isə 1914-cü ildə Başkeçid rayonunun Əngirəvan kəndində anadan olmuşlar.Yəhya Mustafa oğlu 1940-cı ildə Başkeçiddə birinci sinfə daxil olub. (O illərdə Başkeçiddə məktəblər məktəb kimi tam formalaşmamışdı, fəaliyyətləri demək olar ki, yox dərəcəsində idi, evlərdə 1-2 sinif kimi formalaşdırıb uşaqlara dərs keçirdilər.) 1952-ci ildə orta məktəbin buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək tam orta təhsili bitirməsi haqqında attestatını alıb Rusiyanın Voloqda vilayətinə yollanıb. Orada Südçülük İnstitutuna (indiki Südçülük Akademiyasına) daxil olub. Təhsil aldığı qısa bir müddətdə nailiyyətləri ilə tələbə yoldaşları arasında fərqlənib, qrup nümayəndəsi seçilib. 1957-ci ildə həmin ali məktəbi "mühəndis-texnoloq" ixtisası üzrə müvəffəqiyyətlə bitirib və doğma ata yurduna - müqəddəs Borçalımıza qayıdıb.3 il Marneulidəki süd zavodunda mühəndis-texnoloq işləyib. Bu müddət ərzində zəngin təcrübə qazanıb. Sonra Başkeçidə gəlib.1960-cı ilin mayından 1967-ci ilə kimi Başkeçid yağ-pendir zavodunda baş mühəndis vəzifəsində çalışıb.1967-ci il dekabrın 13-də bir məsuliyyətli işçi kimi bironun qərarı ilə ona təzəcə yaradılmış və 5 kəndi (Kirov, Saca, Ormeşən, Bağçalar və Dağarıxlı kəndlərini) əhatə edən Kirov sovxozuna rəhbərlik tapşırılıb.1973-cü ildə yenə bironun qərarı ilə onu Dmanisidə başqa bir idarəyə Məişət xidməti idarəsinə rəis təyin olunub və 1975-ci ilə qədər həmin vəzifədə çalışıb. Yəhya Məmmədov 1975-ci ildə isə rayon tədarük ittifaqının sədri seçilib.1980-ci ildə bacarıqlı mütəxəssis, qabaqcıl işçi, nümunəvi rəhbər və məsuliyyətli təşkiklatçı kimi ona Dmanisi şəhərində təməli qoyulan böyük bir yeni pendir-yağ zavodunun direktoru vəzifəsi həvalə olunub. Zavod qısa bir müddətdə tikilib istifadəyə verilir. Zavod bir başa o vaxtlar İttifaqın mərkəzi olan Moskvaya tabe idi. Zavoda Yəhya Məmmədov zavoda bacarıqlı və təcrübəli mütəxəssislər cəlb etmişdir. O cümlədən, Yaradanquluyev Bəkir kimi hansı ki, həmin vaxtlar bütün dünyada məşhur olan İsveç pendiri düzəldirdi və həmin pendir biavasitə Moskvaya Kremilə göndərilirdi.Yəhya Məmmədov 1987-ci ildə vaxtı ilə özünün qurduğu Kirov sovxozuna yenidən direktor təyin olunur. Son illərdə çox geriləmiş sovxozu yenidən qabaqcıllar sırasına çığartmaq tapşırılır.Yəhya Mustafa oğlu bu tapşırığın da öhtəsindən ləyaqətlə gəlib... Amma... Lakin...1990-cı illərdə Borçalıda baş vermiş məlum hadisələrdən,milli ayrı-seçkilik olaylarından sonra,burada yaşayan azərbaycanlılara qarşı yönəlmiş təqib və təzyiqlər daha da çoxalıb,rayon mərkəzində çalışan yüzlərlə soydaşımız heç bir səbəb göstərilmədən işdən azad olunub,Başkeçiddə (indiki Dmanisi şəhərində), eləcə də qonşu Bolnisi və Kazreti şəhərlərində yaşayanminlərlə soydaşımız Azərbaycana köçməyə məcbur ediliblər.Başkeçiddə yaşayan soydaşlarımız bax beləcə pərən-pərən olublar,öz doğma isti ocaqlarından hərəsi bir yana dağılıblar.Kimisi Azərbaycana, kimisi Rusiyaya üz tutub,kimisi Ukraynaya, kimisi Orta Asiya respublikalarına...Minlərlə soydaşımız kimi Yəhya Məmmədov da doğma el-obasından ayrılmağa, ailəsni də götürüb Azərbaycana pənah gətirməyə məcbur olub. O, öz sənətini burada da şərəflə davam etdirib. 1992-1993-cu illərdə Xırdalan pendir-yağ kombinatında aparıcı mütəxəssis kimi fəaliyyət göstərib. Qısa bir vaxtda kollektiv arasında qabaqcıl işçi, gözəl bir insan, dəyərli bir şəxsiyyət kimi tanınıb, həmişə özünün sözünü və sözün düznü deyən bir qeyrətli vətəndaş kimi bir çoxlarının qəlbində, ürəyində öz yerini tutub.Amma gərək onu da xüsusi olaraq vurğulayaq ki, Yəhya Məmmədovun əsas uğuru, nailiyyəti, müvəffəqiyyəti məhz onun ailəsi ilə bağlıdı. O, nümunəvi ata, mehriban babadır. Bir sözlə, gözəl bir ailə başçısıdır. 5 övladı - 4 qızı, 1 oğlu, 12 nəvəsi, 14 nəticəsi var.Böyük qızı Sürayyə Məmmədova respublikamızın qabaqcıl və tanınmış müəllimlərindəndir. “İdrak” Liseyində çalışır.Elmira xanım 251 nömrəli məktəbdə fizika dərsi deyir.Minayə xanım Bakı Politexnik İnstitutunu, Mədinə xanım isə Mədəniyyət və İncəsənət İnstutunu bitirib. Oğlu Akif Məmmədov həkimdir, Topçubaşov adına Xəstəxanada qastrintoloq işləyir. Nəvələrindən üçü Daxili İşlər Nazirliyində fəaliyyət göstərir. Birinci nəvəsi Rüfət Allazov müstəntiq, ikinci nəvəsi Eldar Məmmədov Binəqədi rayonunda əməliyyatçı, Kamran Musayev Nizami rayonunda əməliyyatçı, digər nəvə və nəticələri isə məktəblidirlər. Biz də hazırda ömrünün müdriklik çağlarını yaşayan sevimli yurddaşımız, müdrik el ağsaqqalımız, çox hörmətli Yəhya Məmmədovu anadan olmasının 90 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir,ona və onun bütün ailə üzvlərinə uzun ömür, möhkəm cansağlığı, xoşbəxlik, firavan həyat və yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.