Cənab səfir, görüm payın çox olsun!..

Cənab səfir, görüm payın çox olsun!..OLSUN

Dəyərli səfirimiz Faiq Quliyev!
Mənə verdiyiniz dəyərə və
göndərdiyiniz hədiyyələrə görə
təşəkkür edirəm.


Tarıx bilir, paralandı Borçalı,
Öz yurdundan aralandı Borçalı,
Ürəyindən yaralandı Borçalı,
Düşmənləri yer üzündən yox olsun,
Cənab səfir, görüm payın çox olsun.

Neçə ürək sevindirdin, şad etdin,
Qarabağı, Şuşamızı yad etdin.
Dərbəndə, Təbrizə, Göyçəyə getdin,
Azərbaycan yaman gözə ox olsun,
Cənab səfir, görüm payın çox olsun.

İgidin qeyrəti qanında gərək,
Mərfəti, hörməti canında gərək.
Dəyməsin telinə bir acı külək,
Gözəl könlün qoy sevinclə tox olsun,
Cənab səfir, görüm payın çox olsun.

Sədət BUTA,
"Şərəf" ordenli şair

ZiM.Az



Redaksiyadan:

Fürsətdən istifadə edərək, biz də,
ZiM.Az-ın bütün yaradıcı heyəti adından
Azərbaycan Respublikasının dövlət xadimi və diplomatı,
Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri
Faiq Maqbet oğlu Quliyevi - 7 yanvar - doğum günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


ZiM.Az


.
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: