QAMIŞLI Gürcüstan » Başkeçid 6 Ocak Məktəbimizin görkəmli müəllimi, Vətənimizin hər qarışını, hər saniyəsini sevən, incə sənətə dəyər verən, xalqımızın mənafeyini sevən dəyərli nümayəndəsi NƏBİ ƏBDÜRRƏHMANOVun "QAMIŞLI" şeirini oxucularımıza təqdim edirəm.Elmuraz KÖÇƏRİ.Dağlarında bitən otlarMin bir dərdə dərman olar,Bulaqların əl dondurarYay olanda ,ay Qamışlı!Dörd tərəfin dağ-meşədir,Hər addımın bənövşədir,Oylaqların bir nəşədir,Olmaz sənə tay,Qamışlı!Qonaqlığın elə sığmaz,Söz-söhbətin dilə sığmaz,Havaların telə sığmaz,Umar səndən hay,Qamışlı!"Yurd" hər səhər salam deyər,Günəş çıxar-üzü gülər,"Daşlı təpə" sinə gərərHər ötən qış-yay, Qamışlı!Soy adındır Qazax eli,Ovladlarin sirin dilli,Varlığın bizə təsəlli,Hər addımın pay, Qamışlı!Bulaqların qonaq gözlər,Əmlik əti şirin-şəkər,Həsrətini Nəbi çəkər,Son məkanım, ay Qamışlı!. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.