Ədliyyə polkovniki İLYAZ ƏBDÜRƏHMANOV Gürcüstan » Başkeçid 5 Ekim Ədliyyə polkovniki İLYAZ ƏBDÜRƏHMANOV(1957)Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq öz əməlləri, gördükləri xeyirxah işləri, keçdikləri şərəfli ömür yolları ilə hər yanda hörmət qazanan, başqalarına örnək olan soydaşlarımız haqqında eşitdiyimiz hər bir xoş söz, sözsüz ki, bizləri sevindirir, ruhlandırır. Mənsub olduqları dili, dini qoruyan, əməlləri ilə millətinin, elinin-obasının, doğma yurdunun-vətəninin adını ucaldan, ləkəsiz, qüsursuz yaşayan eloğlularımızın uğurları hər birimizin uğurumuzdur.5 oktyabr 1957-ci ildə qədim Başkeçidin, yəni indiki Gürcüstanın Dmanisi rayonundakı Qızıl-Kılsə kəndində dünyaya göz açan, həmin kənd orta məktəbini fərqlənmə ilə bitirən, hər zaman nümunəvi olan İlyaz Hacı oğlu Əbdürəhmanov Rusiya Federasiyasında yaşayan, fəaliyyət göstərən, bütün insani xüsusiyyətləri özündə birləşdirən vətənpərvər eloğlularımızdan biridir.İlyaz Əbdürəhmanov 1975-1977-ci illərdə hərbi xidmətdə olduqdan sonra Yaroslavl şəhərində əmək fəaliyyətinə başlayıb. Oxumaq, ali təhsil almaq həvəsi onun yolunu Uşinski adına Yaroslavl Dövlət Pedoqoji İnstitutunun filologiya fakültəsinə salıb. 1981-ci ildə adıçəkilən institutu bitirən İlyaz Əbdürəhmanov təhsilini Yaroslavl Dövlət Universitetinin hüquq fakültəsində davam etdirib. 1987-ci ildə universiteti müvəffəqiyyətlə bitirib Ulyanovsk vilayətində Aqrosənaye kompleksində aparıcı hüquq məsləhətçisi kimi əmək fəaliyyətinə başlayıb. 1989-cu ildə Kostroma vilayətinin Koloqrivsk rayon prokurorluğuna prokuror köməkçisi təyin edilib. Bir az sonra prokuror əvəzləyicisi işləyib.Rəhbərlik İlyaz müəllimin bacarığını, səriştəsini, qabiliyyətini nəzərdən qaçmayıb. 1992-ci ilə onu Kostroma şəhər prokurorluğuna mühüm işlər üzrə şöbənin baş müstəntiqi vəzifəsinə irəli çəkiblər. 2001-2007-ci illərdə isə həmin şöbənin müdürü vəzifəsində çalışıb.2007-ci ildə Rusiya İstintaq Komitəsi yaradıldıqda İlyaz Əbdürəhmanov İstintaq Komitəsinin Kostroma vilayət İstintaq İdarəsinin rəis müavini təyin olunub. Bu məsuliyyətli vəzifədə bu günəcən şərəflə çalişan eloğlumuz yorulmadan, əzmkarlıqla öz əmək fəaliyyətini uğurla davam etdirir. Seçdiyi peşəni sevən, öz işinə ürəkdən bağli olan, namusla, vicdanla cinayətə və cinayətkarliğa qarşı mübarizə aparan, sözün əsl mənasında, əsl insan olan İlyaz Əbdürəhmanov heç bir çətinlikdən qorxmur. Onun əqidəsi, amalı çalışmaq, öyrənmək, öyrətməkdir. Aldığı mükəmməl təhsillərlə kifayətlənməyən İ.Əbdürəhmanov 2006-ci ildə Kostroma Texnologiya Universitetinin hüquq fakültəsinin nəzdində aspiranturanı bitirib. Baş Prokurorluq Akademiyasinda, RF İstintaq Komitəsi Akademiyasinda (2005-2009-cu illər) təhsilini davam etdirib. Ədliyyə polkovniki rütbəsinə kimi yüksəlib....Polkovnik İlyaz Haci oğlu Əbdürəhmanovun ədliyyə sahəsində gördükləri işlər rəhbərlik tərəfindən qiymətləndirilib. Belə ki, o, 2007-ci ildə Pusiya Baş Prokurorunun əmri ilə "Poçyotniy rabotnik prokuraturi RF", 2011-ci ildə "290 let Rossiyskoy Prokurature" döş nişanlari ilə təltif olunub. Pusiya İstintaq Komitəsi sədrinin əmri ilə 1-ci, 2-ci, 3-cü dərəcəli "Za bezupreçnuyu slujbu" (2007-2010-cu illər), "Za zasluqi" (2012), "300 let Sledstvennoy Kontselyarii Rossii" (2013) medalları və neçə-neçə Fəxri fərmanlarla təltif olunan həmyerlimizin bütün bunlar son mükafatı deyil. Hələ yorulmadan çalışan İlyaz Əbdürəhmanovun sinəsini neçə-neçə medallar bəzəyəcək. İki övlad atası olan eloğlumuzu əminəm ki, yaxin zamanlarda general rütbəsi alması münasibətilə ürəkdən təbrik edəcəyik! O, Buna layiqdir!..Var olun, cənab polkovnik!.. Hər zaman xoş səsinizi-sorağınızı eşidək! Sizin kimi eloğlularımızla fəxr etməliyik! Sizə yeni-yeni uğurlar, nailiyyətlər arzulayırıq!.. Qürbət eldə öz adınızla bərabər millətimizin adını ucaldırsınız!.. Həmişə adınız uca olsun!..(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid". Bakı, II cild, 2015, səh. 132-134). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.