Ad Günün Mübarək, HƏMİD ORMANLI!..

Ad Günün Mübarək, HƏMİD ORMANLI!..
Bu gün əziz və hörmətli
dostumuz-qardaşımız
Həmid Ormanlının
Ad günüdür!.
Həmidi ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı
və yeni-yeni uğurlar
arzulayırıq!..

Ad Günün Mübarək, HƏMİD ORMANLI!.. Həmid Bayram oğlu Qa­ralov 1982-ci il yanvarın 15-də qə­dim Borçalı mahalının Başkeçid adlanan əsrarəngiz gözəl cənnət bir məkanında - indiki Gürcüstan Respublikasının Dmanisi rayonu­ndakı Or­­meşən kəndində anadan olub.
Azər­­baycan Texniki Uni­versitetində texnaloji sənaye ma­­­şınları və avadanlıqları mühəndisi ixtisasına yiyələnib (1998-2002).


2002-2003-cü illərdə hərbi xidmət borcunu şərəflə yerinə yetirib.

2004-cü ildə ARDNŞ-nin “Azərneftyağ” Neft
Emalı Za­vo­dun­da
nəzarətçi vəzifəsinə işə düzəlib və qısa vaxt ərzində
nə­zarətçilərin növbə rəisi vəzifəsinədək yüksəlib.

Hazırda mexanik vəzifəsində çalışır.

Saza-sözə dəyər verən, sazın-sözün vurğunu olan Həmid Ormanlı
həm də bu qədim el sənətinin bilicisi kimi tanınır.

1997-ci ildən mütəmadi olaraq dövrü mətbuat orqan­la­rında poetik və publisistik yazılarla çıxış edir.

O, həm də 2007-ci ildən “Ba­kı-Ceyhan” qəzetinin Baş re­dak­torudur.

(Bax: Müşfiq BORÇALI. Sazlı-Sözlü Başkeçid. III cild. Bakı, "Borçalı", 2016, səh. 739)


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: